Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri məhz Ağdam şəhəri olub. 44 günlük Vətən müharibəsinin sonunda həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi ilə dünya ictimaiyyətini heyran qoyan Ali Baş Komandanımızın düşmənə əvvəldən şərt qoyduğu məsələlər reallığa çevrildi. Düşmən kapitulyasiya aktına - üçtərəfli bəyanata imza çəkərək Ağdam, Kəlbəcər və Laçını öz əlləri ilə Azərbaycana təslim edəcəyini bildirdi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.
30 il boyunca Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb. Yeganə yarım dağıdılmış bina isə Cümə məscidinin binasıdır. Bu həyat dolu olan şəhərdən geriyə heç nə qalmayıb.Ağdam işğal dövründə ermənilər tərəfindən dağıdılıb. Ağdam və 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan tərəfi Ermənistana sülh təklif etdi. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması idi. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi də bizim vətəndaşlarımızdır.Cənab Prezident İlham Əliyev də qeyd etdiyi kimi, biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır teoremini İkinci Qarabağ müharibəsi sübuta yetirdi.Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə həmdə əldə olunan iqtisadi-siyasi inkişafın ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdə necə məharətlə tətbiq olunmasını göstərdi. Bundan sonra ki, mərhələdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılacaq və Ağdam rayonu da Azərbaycanın ən gözəl yerlərindən birinə çeviriləcək, artıq məcburi köçkün olmayan vətəndaşlarımız öz dədə-baba torpaqlarına geri qayıdacaqlar. Azərbaycan xalqı bu günləri böyük fəxr və sevinc hissi ilə yaşayır. Çünki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz bizə qələbəni yaşadır!
Ayşən Qasımova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir