Yandırılmış, dağıdılmış kəndlərimiz, təhqir olunmuş məscidlərimiz, xarabaya çevrilmiş, məhv edilmiş meşələrimiz, talan edilmiş qəbirlərimiz erməni faşizminin və terrorunun acı nəticələridir. Ona görə də Azərbaycanın qazandığı qələbə təkcə Ermənistan deyil, həm də faşizm üzərində çalınmış qələbədir.Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Azərbaycan özlərini hər yerdə “mədəni xalq” kimi təqdim edən ermənilərin üç onilliyi əhatə edən işğal dövründə nəzarətlərində saxladıqları Azərbaycan ərazilərində törətdikləri vandalizm əməllərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdan ötrü məqsədyönlü fəaliyyət həyata keçirir. Müharibənin başa çatmasından sonra ötən iki ildə işğaldan azad olunmuş ərazilərə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçilərinin, transmilli mediada çalışan jurnalistlərin çoxsaylı səfərləri təşkil edilib. Qonaqlar ermənilərin torpaqlarımızda törətdikləri dağıntıların, tarixi dini-mədəni irsimizə, ekologiyamıza vurduqları ölçüyəgəlməz ziyanın canlı şahidləri olublar. Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımzda daş üstə daş qalmayıb. Ermənilər bu dağıntıları ilə faşistlərdən də qəddar olduqlarını nümayiş etdiriblər. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, diplomat, politoloq, jurnalist, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Prezident İlham Əliyev də Ağdamda səfərdə olarkən bildirib ki, erməni barbarlığı və vandalizminin miqyası o qədər böyükdür ki, işğaldan azad edilmiş ərazilərimizə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra Ağdama gələn xarici ekspertlər, jurnalistlər bu rayona bir neçə ad verdilər: “Urbisid qurbanı” , “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması”. Bu gün işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti, bərpa işlərinə başlanılıb. Artıq məcburi köçkünlərin birinci qrupu öz döğma yurdlarına köçürülüb. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunur və artıq Böyük Qayıdış proqramının icrasına başlanılıb.Təkcə Ağdam rayonunda həyata keçirilən işlərə nəzər salaq. Uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolunun çəkilməsinin 75 faizi icra olunub. Həmçinin ölkə başçısının Ağdama səfəri günlərində rayonun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Ölkə başçısı Ağdam rayonunun Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak edib. Bu kənddə 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Ağdam rayonunun Kəngərli kəndinin də təməli qoyulub. Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Eyni zamanda 1720 nəfər (425 ailə) əhalinin yaşayacağı Sarıcalı kəndinin təməli qoyulub.Bu gün Ağdamda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələri bərpa edilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Ağdamda dəmir yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı yaradacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək.
Aynur Həsənova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir