07 oktyabr 2022 14:40
516

Erməni vəhşiliklərinə kədərlənir, uğurlarımıza sevinirik

Terroru, ölümü, təcavüzü, xəyanəti, yalanı ömrü boyu həyatlarının mənasına, amallarına çevirən ermənilərin vəhşiliyinin yeni çalarları üzə çıxdıqca hər bir insan dəhşətə gəlir, sarsılır. Bu vəhşiliklər nəinki Türk, Azərbaycan xalqlarına, eləcə də insanlığa, bəşəriyyətə qarşıdır. Amerikalılar, fransızlar, ruslar və digər xalqlar bu terrorların ağrılıarını yaşayıblar. Erməni vəhşiliklərindən, qəddarlığından daha çox əziyyət çəkən, bəlalara ürcah olan isə Azərbaycan xalqıdır. Tarixən Bakıda, Şamaxıda, Qubada, Qarabağda törədilən faciələr Xocalı, Qaradağlı soyqırımları, azərbaycanlıların kütləvi şəkildə Qərbi Azərbaycandan çıxarılması, öz ata - baba torpaqlarından didərgin salınması, bir milyondan çox insanın ağır məhrumiyyətlərə düçar edilməsi, şəhər və kəndlərimizin talan olunması, dağıdılması, xarabazarlığa çevrilməsi, dörd minə yaxın insanın əsir götürülməsi və onların başına gətirilən müsibətlər, torpaqlarımızın minalanması, meşələrimizin qırılması, göllərimizin zəhərlənməsi, insanlarımızın daimi olaraq qətlə yetirilməsi erməni vandallığının nümunəsidir. Qəsdlər, təcavüz hər an davam edir və gözləniləndir. Çünki erməni xalqımız üçün göndərilən, yaradılan varlıq yox, bəladır, sağalmaz xəstəlikdir. Bu bəla, xəstəlik cücərir, fəsadlarını verir və daimi inkişaf etməyə çalışır. Başı nə qədər əzilsə də, qaməti əyilsə də, ayaqlara düşüb yalvarıb, yaxarsa da, xislətindən dönmür, qandan - qadadan, pis əməllərdən dönmür. Erməni vəhşiliyinin rəngləri, formaları, üsulları müxtəlifdir. Azərbaycanlıları diri - diri soymaq, torpağa basdırmaq, gözlərini, ürəklərini çıxarmaq, başlarını kəsmək, yandırmaq, asmaq, doğramaq başlarına mismar vurmaq, qaynar suda bişirmək və sair erməninin amalıdır, istəyidir, tutduğu çirkin yoldur. Xocavəndin Edilli kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş 12 nəfər azərbaycanlının basdırıldığı kütləvi məzarlıq bunu bir daha sübut edir. Bu eyni ərazidə tapılan ikinci kütləvi məzarlıqdır. Əlbəttə ki, burada basdırılanlar ağır işgəncələrə məruz qalmış soydaşlarımızdır. Onlar paltarları, ayaqqabıları ilə məftillə bağlanmış halda torpağa basdırılmışlar. Məlumdur ki, Birinci Qarabağ müharibəsində dörd min nəfərə yaxın soydaşlarımız itkin düşmüş, əsir götürülmüşdür. Onların taleyi hələ də məlum deyildir. Azərbaycan əsir götürülmüş insanlarla bağlı Ermənistan hökumətinə, beynəlxalq təşkilatlara dəfələrlə müraciət etməsinə baxmayaraq onlar bu barədə heç bir məlumat verməmişlər. Ermənilər kütləvi surətdə qətlə yetirdikləri insanların basdırıldıqları yerlərin xəritəsini verməkdən də boyun qaçırırlar. Xocalı faciəsi zamanı əsir götürülən 1275 nəfərin taleyi haqqında bu gündə əldə heç bir  məlumat yoxdur. Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləri azərbaycanlıların kütləvi dəfn edilməsi ehtimal olunan ərazilərdir. Çünki 1991 - ci ilin son aylarında bu kəndlərdə Azərbaycan əhalisinə qarşı amansız cinayətlər törədilmiş və ermənilər qəddarcasına insanları qırmışlar. Qaradağlı, Ağdaban, Ballıqaya, Daşaltı ərazilərində törədilən vəhşiliklər zamanı minlərlə insan qətlə yetirilmiş, onları kütləvi halda - hətta diri - diri basdırmışlar. Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıq hələ bundan sonra da belə məzarlıqların aşkar olunacağına əsas verir. Çünki erməni vəhşiliyi sərhəd tanımır. Çox təəssüflər olsun erməni təcavüzü, vəhşiliyi barədə əldə tutarlı faktlar, əsirlərin başına gətirilən müsibətlər haqqında ətraflı məlumatlar olduğu halda beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri Ermənistana heç bir təsir göstərmirlər. Sözsüz ki, bu beynəlxalq hüquqa, insanların taleyinə, dövlətlərin müstəqilliyinə hörmətsizlik və sayqısızlıqdır. Azərbaycan uzun illər erməni təcavüzünə sinə gərib, dözüb və sonda öz sözünü deyib və düşmənin başını əzmişdir. Bu gün erməni faşistlərinin xaraba qoyduqları şəhər və kəndlərimiz yenidən qurulur, bərpa edilir, yeni bir həyata qaytarılır. Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad olunmuş əraziləri cənnətə çevirəcəyik amalı, fikirləri real tədbirlərdə, görülən işlərdə öz əksini tapır. Ölkə rəhbərinin Ağdama sonuncu - dördüncü səfəri bu baxımdan xarakterikdir və səfər zamanı çox möhtəşəm layihələrin əsasının qoyulması, Bərdə - Ağdam avtomobil yolunda  görülən işlərlə tanışlıq, Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin, Atçılıq Nəsilartırma Mərkəzinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin, yeni “City Hotel Ağdam” mehmanxanasının təməl qoyma mərasimlərinin keçirilməsi, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışı və görülən digər işlərlə tanışlıq deməyə əsas verir ki, həqiqətən də Qarabağ tez bir zamanda dünyanın ən gözəl və inkişaf edən regionlarından birinə çevriləcəkdir.  Cənab Prezidentin, birinci xanım Mehriban Əliyevanın vaxtaşırı işğaldan azad olunan ərazilərə səfərləri və bu səfərlər zamanı xalqımızın və vətənimizin gələcəyinə, insanların həyatının yaxşılaşdırılmasına xidmət edən layihələrin, tədbirlərin sürətləndirilməsinə imza atmaları, imkan yaratmaları, təkan vermələri hər bir azərbaycanlını sevindirir, keçmiş həsrətimizi, qubarımızı azaldır. Bu gün ərazilərimizdə aşkar olunan məzarlıqlara, erməni vəhşilərinin törətdikləri qanlı cinayətlərə kədərlənməklə, nifrətimizi bildirməklə bərabər, dövlətimizin rəhbərinin, ordumuzun, xalqımızın birliyi sayəsində əldə olunmuş qələbələrimizlə, doğma Qarabağımızda həyata keçirilən quruculuq - abadlıq, bərpa işləri ilə öyünürük, fərəhlənirik və gələcəyimizlə qürur duyuruq.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri