"Marsel"in sabiq çalışdırıcısı Xorxe Sampaoli "Sevilya"nın yeni baş məşqçisi təyin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb. Argentinalı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. O, bu gun istefaya göndərilən Xulen Lopeteqini əvəzləyib.
Qeyd edək ki, Sampaoli 2016/2017 mövsümündə də "Sevilya"nı çalışdırıb. İspaniya təmsilçisi 2016/2017 mövsümündə onun rəhbərliyi ilə La Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb. Sampaolinin son klubu bu yay tərk etdiyi "Marsel" olub.