“Bu gün Azərbaycan digər Avropa ölkələri ilə olduğu kimi, Bolqarıstanla da iki dost və strateji tərəfdaş ölkələr olaraq sıx əlaqədədir. Ölkələrimiz arasındakı siyasi, iqtisadi əlaqələr davamlı olaraq inkişaf edir və bu gün əlaqələrimiz yeni mərhələyə qədəm qoyub.”
“İki sahil” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın regional və qlobal miqyasda ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rolu əhəmiyyətli dərəcədə artıb. Artıq beynəlxalq səviyyədə də etiraf olunur ki, ölkəmiz region üzrə təhlükəsizlik, qarşılıqlı inam və etimad mühitinin möhkəmlənməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həm Bolqarıstana rəsmi səfəri, həm də Qaz İnterkonnektoru layihəsinin açılış mərasimində iştirakı daha çox sülhə, əmin-amanlığa və dünya enerji təhlükəsizliyi siyasətinə verilə biləcək böyük töhfədir.
Prezident İlham Əliyevin cari il sentyabrın 30-da dost və strateji tərəfdaş olan Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində vurğuladığı kimi, “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək”. Bu imkanlar həm iqtisadiyyatın şaxələnməsinə, həm də regionda xalqların dayanıqlı sülhlə təmin olunmasına xidmət göstərə bilər. – deyən Rəşadət Xalıqov əlavə edib ki, yeni formatda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın fəal iştirakı ölkəmizin artan nüfuzu, eyni zamanda həyata keçirdiyi böyük infrastruktur layihələrinin reallaşması ilə mümkün olub.
Rəşadət Xalıqov diqqətə çatdırıb ki, Bolqarıstan-Azərbaycan əlaqələri bundan sonra da birgə əməkdaşlıq şəraitində inkişaf edəcəkdir. Hər iki ölkə arasında iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlar mövcuddur. Ona görə də Bolqarıstanla əməkdaşlığın yeni imkanları araşdırılacaq və dost ölkənin şirkətləri daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqlar.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir