06 oktyabr 2022 12:55
6216

Bolqarıstan və Azərbaycan: İki dost və strateji tərəfdaş

Azərbaycan və Bolqarıstanın bu il diplomatik münasibətlərinin 30 illiyi qeyd edilir. Rumern Radev Prezident İlham Əliyevi Bolqarıstanın dostu adlandırıb və qeyd edib ki,ölkələrimiz ənənəvi olaraq dostluq münasibətlərinə malikdir, həqiqi,səmimi əməkdaşlıq edir.Ölkələrimiz arasında ən yüksək səviyyədə çox fəal siyasi dialoq var və artıq bunun sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Azərbaycan Bolqarıstan üçün arzuolunan,etibarlı tərəfdaşdır. Əməkdaşlığımız bir çox sahələr üzrə irəli aparılacaq. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalandı.Bəyannamə həm bizim əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır, eyni zamanda o bəyannamədə təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.Enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır.Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir.Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır.Qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir.

 Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə,o cümlədən Latviya,Litva,Rumıniya,Xorvatiya,İtaliya, Macarıstan,Bolqarıstan,Çexiya və Polşa ilə strateji tərəfdaşlıq münasibətlərindədir. Ölkəmizin nəinki Aİ üzvü olmadığını,həmçinin ittifaqla assosiativ saziş belə imzalamadığını,eləcə də enerji təhlükəsizliyi amilinin müasir dünyada dövlətlərin təhlükəsizliyi üçün ən mühüm faktora çevrildiyini nəzərə alsaq, Azərbaycanın Avropa İttifaqının nəinki enerjisi təhlükəsizliyinə, bütövlükdə təhlükəsizliyinə Fransadan dəfələrlə çox töhfə verdiyini söyləyə bilərik. Prezidentin səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi də, həm də mühüm geosiyasi və geoiqtisadi hadisədir.Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verməklə yanaşı qitənin enerji təhlükəsizliyinə də böyük fayda verəcək. Bu isə, şübhəsiz ki, ölkəmizin mövqelərinin, təsir imkanlarının daha genişlənməsinə zəmin yaradacaq.Avropa İttifaqına üzv olan bəzi ölkələrin, xüsusilə də Fransanın Cənubi Qafqazda sərgilədiyi destruktiv siyasətin fonunda rəsmi Bakının məharətli diplomatik gedişi kimi də qiymətləndirilə bilər. Səfər eyni zamanda Azərbaycanla Aİ-yə üzv olan bəzi iddialı dövlətlərin təmsil olunduqları ittifaq çərçivəsində belə öz öhdəliklərinə və prinsiplərinə nə dərəcədə sadiq qaldıqlarını müqayisə etmək üçün də geniş imkanlar yaradır.

T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü