06 oktyabr 2022 10:10
437

Erlinq Haaland ÇL-də yeni rekorda imza atıb

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Haaland UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, 22 yaşlı hücumçu buna evdə Danimarka "Kopenhagen"inə 5:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda nail olub.

Qarşılaşmada dubla imza atan forvard qitənin bir nömrəli klub turnirində meydana çıxdığı 22 görüşdə 28 dəfə fərqlənən ilk oyunçu kimi tarixə düşüb.

Haaland Çempionlar Liqasında vurulan qol sayına görə braziliyalı Rivaldo və uruqvaylı Luis Suaresi geridə qoyub.