05 oktyabr 2022 22:32
643

Azərbaycanın özü qədər əbədi olan Lider

Azərbaycan tarixində dahi,  fəaliyyətləri ilə xalqımızın yaddaşında daim yaşayan şəxsiyyətlər çox olmuşdur. Onların arasında böyük zəka sahibi, nadir şəxsiyyət, millətin fədakar oğlu Heydər Əliyev ən uca zirvədədir. Azərbaycan tarixinə öz adını əbədi həkk etmiş bu siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.

Müstəqil, demokratik Azərbaycan dövlətinin qurulmasının, möhkəmləndirilməsinin ən mühüm şərti məhz ümumilli lider Heydər Əliyev fenomeninin varlığı olmuşdur.

Hələ Azərbaycan Respublikası SSRİ-nin tərkibində olduğu vaxt Heydər Əliyev Respublikamızın müstəqil yaşamağa və inkişaf etməyə qadir olması haqqında düşünmüş , məqsədyönlü siyasət həyata keçirmişdir. Dövlətini, millətini sevən, onun taleyini öz taleyi bilən Ulu Öndər bütün addımlarında gələcəyi hesablayan, millətin gələcəyini düşünən  şəxsiyyətdir.

50-60-cı illərdə Azərbaycanda neft sənayesi istisna olmaqla,  digər sənaye sektorları inkişaf etməmişdi. Heydər Əliyev Azərbaycan sənayesinin strateji proqramını hazırladı və həyata keçirdi. 1970-ci illərdə Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Azərbaycanın bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olundu. Qaz kəməri, telefon çəkildi, yeni xidmət sahələri yaradıldı. Az müddət ərzində Azərbayacan sürətlə inkişaf edən, yüksələn Respublikaya çevrildi.

O dövrdə ölkədə nəhəng elmi potensialın yaradılması da xüsusi qeyd olunmalıdır. Ulu Öndərimiz bəyan etmişdir ki, elm və təhsil hər bir xalqın milli intibahını təmin zəruri vasitədir.

Ümummilli Liderin təşəbbüsü, gərgin əməyi nəticəsində C. Naxcıvanski adına hərbi məktəbin açılması Azərbaycanda çox mühüm  tarixi hadisə oldu. Azərbaycanlı gənclərin SSRİ-nin adlı-sanlı ali hərbi məktəblərinə göndərilməsinin təşəbbüskarı məhz Heydər Əliyev oldu. Bu addımın nə qədər yerində olduğunu  müstəqilliyimizi qazanandan sonra, erməni təcavüzkarlığı ilə qarşılaşanda bir daha dərk etdik. Ulu Öndərin atdığı hər addımın müstəqilliyimizə hesablandığının şahidi olduq.

Ulu Öndər ikinci dəfə Azərbayacanın ağır vəziyyətində hakimiyyətə gəldi. Bu dəfə mövcud vəziyyət daha gərgin, daha ağır idi. Vətənimiz erməni işğalına məruz qalmışdı. Ölkədə seperatçılıq baş alıb gedirdi. 1993-cü ildə Azərbaycan  batmış bir gəmini xatırladırdı. O vaxt dövləti idarə edənlər vahid məqsədə yönəlmək iqtidarında deyildilər. Xalqın belə bir ağır vaxtında Ulu Öndər ağırlıq və məsuliyyəti öz üzərinə götürdü. Məhz Heydər Əliyev uzaqgörən siyasət nəticəsində xalqı qırğın və fəlakətlərdən xilas edə bildi, çox az müddətdə ölkəmizdə sabitliyi bərpa etdi, iqtisadiyyatımız tənəzzüldən qurtardı. ”Əsrin Müqaviləsi”  adı ilə dünyada tanınan neft müqavilələri bağlandı, Azərbaycanın  müstəqilliyi möhkəmləndirildi və əbədiləşdirildi. Milli xilaskarımız Azərbaycanı müstəqil, demokratik bir dövlətə çevirdi. Azərbayacan dövlətinin bugün qazandığı və min illər sonrada qazanacağı uğurların təməlində məhz Ulu Öndərin fəaliyyəti duracaqdır. Azərbaycanın özü qədər əbədi olan Ümummilli Liderini həmişə böyük minnətdarlıq və fəxarət hissi ilə xatırlayır və xatırlayacaq. Vətənini, dövlətini sevən hər bir Azərbaycanlının qəlbində Heydər Əliyev adlı bir dahi yaşayır. Azərbaycanın özü qədər əbədi olan lideri Heydər Əliyev dühası.

Cavid Əliyev,
Bakı şəhəri, 86 №-li tam orta məktəbin direktoru