05 oktyabr 2022 11:32
308

Azərbaycan və Bolqarıstan arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentindi Ali Baş Komandanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü olub. Bu görüş Azərbaycan və Bolqarıstan arasında siyasi və iqtisadi baxımdan çox böyük əhəmiyyətə malik olduğu qədər, Avropanında maraqları dairəsində olmuşdur. həmçinin bu görüş diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir. Bununla yanaşı, digər maraqlı və çox əlamətdar bir hadisəyə şahidlik edildi. Böyük iqtisadi əhəmiyyətə malik olan Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edildi. Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsi yenidən çəkiləcək. Artıq Azərbaycandan real olaraq təbii qaz alacaq. Bu da təbii ki, Avropanın qaz təminatı və təchizatını şaxələndirəcəkdir.

Prezident İlham Əliyev oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə və Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb. Ali Baş Komandan bütün sahələrdə əməkdaşlığın təməlini səmimi münasibətlərlə qurur. Qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var.  Təkcə enerji məsələləri deyil, digər sahələrdə də yaxşı nəticələr var. Humanitar sahəni xüsusilə qeyd etmək lazımdır. Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Müzəffər Prezidentimizin uzaq görən siyasəti nəticəsində Şərqi Avropa və bir sıra qitənin mərkəzi dövlətlərin enerji resusları bərpa olunaraq, iqtisadi problemlərin həllində yardımçı olmuşdur.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı