Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İki ölkə arasında diplomatik əlaqələr 05 iyun 1992-ci ildə qurulmuşdur. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi 1999-cu il dekabr ayından, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi isə 16 aprel 2004-cü ildən fəaliyyətə başlamışdır. Bolqarıstan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. Iki ölkə arasında əlaqələrin inkişafında ölkə parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri, hər iki ölkə parlamentində fəaliyyət göstərən Parlamentlərarası işçi qruplarının fəaliyyəti də rol oynayır. İşçi qrupunun üzvləri qarşılıqlı olaraq hər iki ölkədə keçirilən prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak edirlər. Bu gün Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Bu vaxta kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin əhəmiyyətli hadisə olmağı bu layihəyə böyük maraq göstərildiyinin əyani sübutudur. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarın giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır.
Ötən dövr ərzində iki ölkə arasında energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etmişdir.Azərbaycanın enerji sahəsində Bolqarıstanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu diqqət mərkəzindədir.
Hər il Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Bolqarıstandakı Azərbaycan diasporunun və Bakı Slavyan Univesitetinin Müqəddəs Kliment Ohridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupu üzvlərinin iştirakı ilə Bolqarıstanda Xocalı faciəsinin ildönümü qeyd olunur.
Ötən 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox uğurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir