1992-ci ilin iyun ayının 5-də iki ölkə arasında qurulan diplomatik əlaqələr artıq 30 ildir ki, dinamik və yüksələn xətt üzrə inkişaf edir. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi 1999-cu il dekabr ayından, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi isə 16 aprel 2004-cü ildən fəaliyyətə başlamışdır. Bütün bu illər ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. Iki ölkə arasında əlaqələrin inkişafında ölkə parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri, hər iki ölkə parlamentində fəaliyyət göstərən Parlamentlərarası işçi qruplarının fəaliyyəti də rol oynayır.
İki ölkə arsında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. İlk dəfə 1995-ci ilin 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Ölkələr arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsində, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır.
Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəri də bu qəbildən olan səfərlərə aiddir. Enerji təhlükəsizliyi məsələləri, xam neftin dünya və Avropa bazarlarına ixracı və digər gündəmə uyğun məsələlərin həlli istiqamətində bir sıra müzakirələr aparıldı. Geridə qalan dövr ərzində iki ölkə arasında enrgetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etmişdir.
30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox uğurla və geniş bir sferada inkişaf edib. Əldə olunan statistik göstəricilər onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.
Mais Günəşli,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir