Azərbaycan ilə Bolqarıstan arasında sıx münasibətlər mövcuddur.
Bir sıra siyasi məsələlərdə iki ölkənin maraqlarının və mövqelərinin üst-üstə düşməsi münasibətlərin genişlənməsinə təkan verir. İlk növbədə, Bolqarıstanın xarici siyasətində Cənub-Şərqi Avropa ölkələri ilə iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi, region dövlətlərinin Avroatlantik strukturlara inteqrasiyasının dəstəklənməsi xüsusi yer tutur. Bildiyimiz kimi, Qərbə inteqrasiya siyasəti həyata keçirən Azərbaycan bu istiqamətdə bir çox Avropa ölkələri ilə əməkdaşlıq edir. Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT kimi təşkilatlarla əlaqələrin genişləndirilməsində maraqlı olan Azərbaycan üçün Bolqarıstanla münasibətlər bu baxımdan faydalıdır. Eyni zamanda, Cənubi Qafqaz regionunda lider olan Azərbaycanla əməkdaşlıq Bolqarıstanın regionun iqtisadi həyatında aktiv yer alması üçün də şərait yaradır.
Çoxşaxəli səciyyədaşıyan Azərbaycan-Bolqarıstan münasibətlərinin indiki səviyyəyə gəlib çatmasında, heç şübhəsiz, illərdir ki, qurulan siyasi əlaqələrin uğurla davam etdirilməsinin böyük rolu var. Qeyd edək ki, Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin 5 iyun tarixində yaradılıb. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu illin dekabr ayında fəaliyyətə başlayıb. Azərbaycan ilə Bolqarıstan arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var. Bu baxımdan Pezident İlham Əliyevin 30 sentyabr 2022-ci ildə Bolqarıstana səfəri böyük əhəmiyyət kəsb edir. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Azərbaycanın ərazisində dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat infrastrukturunun olması olduqca inkişafameyilli bir addımdır. infrastruktur obyektlərinin bir var ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın və gələcək il üçün daha da çoxalsın. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. Əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. İşğaldan azad edilmiş ərazilər bu imkanlara daha geniş yol açır.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir