Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasında rəsmi səfərdə olub.
Prezident İlham Əliyevi Bolqarıstanın yüksəkvəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar. Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü olub.
Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Bolqarıstan Azərbaycanla sıx dostluq və qarşılıqlı hörmət münasibətlərinə malikdir. İl ərzində siyasi dialoqumuz ən yüksək səviyyədə olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Qarşılıqlı marağlar bütün sahələr üzrə praqmatik və səmərəli münasibətləri inkişaf etdirir.
Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Xalqlarımız arasındakı tarixi bağlar bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır. Enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və digər qonşu ölkələrin bazarları böyük maraq kəsb edir.
Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də yaxşı nəticələr var. Humanitar sahəni xüsusilə qeyd etmək olar. Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfərini böyük rəmzi mənaya malik olduğunu vurğuladı. Çünki bu, bizim diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinə təsadüf edir. Bununla yanaşı, digər maraqlı və çox əlamətdar bir hadisəyə şahidlik edəcəyik. Biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik. Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir.
Camalxan Xanbutov,
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatı, Neapol 8A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir