Azərbaycan xalqı, eləcə də, dünya azərbaycanlıları Ermənistan üzərindəki tarixi qələbəmizin sevinci ilə yaşayır. Dünyanın böyük gücə malik dövlətlərinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində nizamlaya bilmədikləri münaqişəni Azərbaycan 44 gün ərzində həll etdi.
Bu gün 30 ilə yaxın müddətdə yağı tapdağında olan Qarabağda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mənfur düşmən üzərində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birlik və həmrəyliyinin, cəmiyyətimizin monolitliyinin parlaq təzahürüdür.
Düz iki il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi. Ölkə başçısının dediyi kimi, işğaldan azad edilmiş Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edir, yenidənqurma və bərpa işlərinin aparılması üçün öz tapşırıqlarını verirlər.Dövlət başçımız Cəbrayıl rayonunda mühüm əhəmiyyətli obyektlərin, yaşayış binalarının əsasını qoymaqla “Böyük Qayıdış” reallaşdırdı. “Böyük Qayıdış” Cəbrayıldan başlandı.
Dövlət başçımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri gündən-günə sürətlənir. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda duran əsas məsələ Qarabağın yenidən qurulması və bərpası idi. Çünki 30 il ərzində Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. Həmin ərazidə bir vaxtlar mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmışdır. Bu illər ərzində erməni istilaçıları tərəfindən Azərbaycanın əzəli torpaqlarında qədim tarixi abidələri ilə məşhur olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocalı tamamilə yerlə-yeksan edilmiş, digər şəhərlər və qəsəbələr viran qoyulmuşdur. Bununla yanaşı, həmin ərazilərdə altmış min hektara yaxın meşə ərazisi məhv edilmiş və Azərbaycana qarşı ekosid həyata keçirilmişdir.
Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb; Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi;SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.
Artıq soydaşlarımızın doğma ata-baba yurdlarına qayıtmasına işlər sürətlə davam edir. Ermənistan Ordusunun 30 il ərzində yerlə-yeksan etdiyi ərazilər yaxın illərdə cənnətə çevriləcək.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir