04 oktyabr 2022 13:03
370

44 günlük müharibənin ilk qələbəsi

18 avqust 1993-cü il tarixdə erməni işğalçıları şəhəri mühasirəyə alıb. Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin şiddətli müqavimətinə baxmayaraq Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunub. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid verib. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu. 2 aprel 2016-cı il-in aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam etdirilsə də, rayonun Cocuq Mərcanlı kəndi 2016-cı ildə, Böyük Mərcanlı və Nüzgar kəndləri sentyabrın 27-də, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri isə oktyabrın 3-də şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Başlanan əks hücum əməliyyatında əsas zərbə istiqamətlərindən biri kimi Cəbrayıl rayonun seçilib. Ermənistan işğal etdiyi əraziləri sülh yolu ilə azad etməyəcəyi məlum olduğu üçün onların gələcəkdə mümkün hücumlarının qarşısına almaq üçün Ordumuz 2016-cı ildən daha fəal hazırlıqlara başlayıb. Aprel müharibəsində atəşkəsi pozan düşməni həm itkilərə məruz qoyaraq geri otuzdurmaq, həm də gələcək təcavüzkar fəaliyyətlərinə layiqli cavab vermək üçün Ordumuz müəyyən plasdarmlar əldə etmək məcburiyyətində qaldı. Ordumuz 2016-cı ildə Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyini azad etməklə cənub istiqamətində hücuma keçmək üçün ideal bir plasdarm əldə edib. Bu plasdarm son döyüşlərdə işğal altındakı Cəbrayıl kəndlərinin azad edilməsində mühüm əhəmiyyt daşıdı.

Azad edilən ərazilərdə kifayət qədər çox sayda zirehli və zirehsiz texnikaları sursatları ilə birlikdə mövqelərdə qoyub geri çəkilən düşmən bu istiqamətdə canlı qüvvə baxımından da ciddi itkilərə məruz qalıb. 2020-ci il 27sentyabrda başlanan II Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi məsələsi ən öndə dayanırdı. Ali Baş Komandanımızın əzmi ordumuzun gücü sayəsində Cəbrayıl 2020-ci il 4 oktyabrda düşmən əsarətindən xilas oldu. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. İşğal altında olarkən Cəbrayılın bir sıra maddi-mədəniyyət abidələri erməni vandalizminə məruz qalmış, dağıdılmışdır. Dövlət başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir.  Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bu qəhrəman oğullarımızın şücaəti nəticəsində həll edildi. Cəbrayılın azad edilməsi böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır. Xalqımız heç vaxt bu möhtəşəm günü unutmayacaqdır! Cəbrayıl bizimdir! Qarabağ Azərbaycandır!

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı