Azərabycan xaqlının tarixi çox şərəflidir. Ölkəmizin Şərəfli Tarixində "HEYDƏR ƏLİYEV" adlı böyük və şərəfli bir səhifə var. Tarix yaratdığı Dahi insanların idealarının və əməllərinin üzərində qərar tutur. Ona görədə böyük şəxsiyyətlər olmasaydı Bəşəriyyətin Tarixi kasıb və marağsız olardı. Heydər Əliyevində Talehi əslində bir insanın ömür yolu deyil, bu Azərbaycanın Tarixidir. O, tarix ki 20-ci əsr boyu Azərbaycan mühitinin, Azərbaycan həyatının ayrılmaz parçası olub. Onun yazdığı tarix,Qurtuluş,İnkişaf, Milli Tərəqqi səlnaməsinə çevirilib. Heydər Əliyev Azərbaycanın taleyində həmdə saysız hesabsız müsbət istisnaların müəllifi, milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin simvoludur.
1969-cu ilin iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin Birinci Katibi seçildi. SSRİ- rəhbərliyinin Heydər Əliyevlə bağlı qərarının təməlində dayanan səbəblər reallıqdan qaynaqlanırdı. Ona qədər Heydər Əliyev çalıştığı bütün vəzifələrdə etimadını doğrultmuşdu. Heydər Əliyevi yeni vəzifəsində də müşahidə edən bu metadalogiya çox keçmədən öz bəhrəsini verdi. Cəmi bir neçə ay sonra Sovet Azərbaycanında tamam başqa mənzərə höküm sürürdü. Qısa vaxtda xalq Heydər Əliyevi dərin bilikli, məntiqli, cəsarətli, inadcıl, həyata keçirməyə çalışdığı idealların uğrunda əzimlə mübarizə aparan, prinsipial rəhbər kimi tanıdı. Heydər Əliyev hakimiyyət strukturlarına əsasən azərbaycanlıların yolunu açdı. Millətə vicdanlı və ləyaqətli xidmətin mümkünlüyünü sübuta yetirdi.
Heydər Əliyev ilk növbədə Neft Qaz sənayesinin dircəldilməsinə ciddi fikir verdi. O dövürdə dənizdə illər sonra müstəqil Azərbaycanın yeni neft strategiyasının təməli olaraq "Azəri-Çıraq Günəşli" yataqları istismara buraxıldı. Bakıda dərin özüllər zavodu fəaliyyət başladı. Respublikada mükəmməl energetika potensial yaradıldı. Kompleks tədbirlər sayəsində kənd təsərrüfatında məhsul istehsalı dəfələrlə artdı. Heydər Əliyev Azərbaycan elitasının birləşdirərək ölkədə milli ruhun dirçəlməsinə, Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail oldu. Bütün ziyalıların və xalqın diqqətini tarixi kökə və mədəni irsə yönəltdi. O illərdə Azərbaycan dili və ədəbiyyatı, tarixi və musiqisi ilə bağlı nadir tarixi qatlar xalq üçün sanki yenidən açıldı.
Heydər Əliyev neçə illərdən bəri xalqı düşündürən problemləri böyük əzm və inamla aradan qaldırdı. Reallaşdırılması mümkün hesab edilməyən işlər, heyrətamiz siyasi iradə ilə həyata keçirildi. Təsadüfü deyil ki, o illərdə Azərbaycan 12 keçici "Qırmızı bayraq" Heydər Əliyevin özü isə 2 dəfə " Sosialist Əmək Qəhrəmanı" adına laiq görülmüşdür.
1982-ci ilin dekabrında Heydər Əliyevin SSRİ nazirlər Sovetinin sədrinin 1-ci müavini təyin olunmasıda onun fəaliyyətinə münasibətdən qaynaqlanırdı. Xalqımız isə Kremildə ən mötəbər vəzifəyə yüksələn ilk Azərbaycanlı ilə fəxr edir və qürur duyurdu. Çünki, SSRİ siyasi elitasının mühüm simalarından olan Heydər Əliyev Moskva fəaliyyəti dövründə ilk növbədə xalqına, Azərbaycana xidmət etməyi özü üçün prinsipal vəzifə kimi müəyyənləşdirilmişdi. SSRİ rəhbərliyinə gələn Mixail Qorbaçovun qondarma yenidənqurma siyasətinin acı nəticələrinə etiraz edərək 1987-ci ildə istefa verən Heydər Əliyevin həyatının sonrakı illəri Azərbaycanla bağlı oldu.
1990-cu ildə doğulduğu torpağa Naxçıvana gələn Ulu Öndəri insanlar böyük sevinclər qarşıladıladı. O yenədə sevilirdi. Əhalinin onu Qəhrəman kimi qarşılaması bu məhəbbətin nümunəsi idi. Heydər Əliyev üçün isə bu torpaqla, vətənlə bütünləşmək yolunda böyük addım oldu.
Məhz Heydər Əliyevin tarixi xidmətləri sayəsində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından Sovet və Sosialist sözləri çıxarıldı. Naxçıvan Muxtar Respublikası adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu.
20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verildi. Yeni Azərbaycan Partiyası quruldu.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə respublika rəhbərliyinə gəlməsindən sonra ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı. 1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə xalq Heydər Əliyevin siyasətini dəstəkliyərək onu Azərbaycan Respublikasının Prezdenti seçidi. Bununlada tarixi missiyanın yeni mərhələsi başladı. Beləliklə Heydər Əliyev müasir Azərbaycanın qurucusu kimi onu tarixini yazmağa başladı. Hələ qarşıda gərgin iş, dağılmaq təhlükəsindən xilas olmuş dövlətin qurulması, onun dayaqlarının möhkəmləndirilməsi kimi mühüm həmdə çətin missiya dayanırdı. Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxardı. Ən çətin vəziyyətdə belə təmkinini itirmədi.
O, geosiyasi dəyişikləri realistcəsinə qiymətləndirdi. Mənsub olduğu xalqın marağlarını hər şeydən üstün tutdu və ölkəmizin müstəqillik dayaqlarını dahada möhkəmləndirdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin mənbəyində Xalqın iradəsi dayanırdı. O, 1993- cü ildə seçkili sistemi yaratmaqla əslində öz hakimiyyətinin legetimliyini təmin etdi və bunu Demokratik dəyərlərə əsəslandığını bildirdi. Bununlada Xalqla iktidar arasında möhkəm iş birliyi, etimad mühiti yarandı. Xalq dağılmaqda olan dövlətin quruculuqun tamamilə Heydər Əliyevə həvalə etdi. Ulu Öndər elə ilk günlərdən öz işi ilə bu etimadı doğrultdu. Bununlada bütün Azərbaycan Heydər Əliyevin ətrafında birləşdi. Vətəndaş qarşıdurmasına yol verilmədi. Milli həmrəyliyin qorunub saxlanılması diqqət mərkəzində saxlanıldı. Xalq öz Prezdentini milli ləyaqət rəmzi kimi müdafiə etdi.
1994-1999- cu illər Heydər Əliyevin siyasi karyerasında ən mühüm dövr kimi tarixə düşdü. Bu mərhələ Azərbaycan tarixinin Dövlət Quruculuğu illəri kimi xarakterizə oluna bilər. Heydər Əliyevin dövlət quruculuğunun modelinin ən mühüm elementlərindən biri sabitliyin təmin edilməsi idi ki, o bunada nail oldu.
1995-ci ildən Beynəlxalq Maliyyə İnustutları Azərbaycana kreditlər verməyə başladı. Növbəti mərhələdə milli həmrəyliyin əldə olunması istiqamətində ciddi addımlar atıldı. Ölkədə hümanizim inustutu yaradıldı. 1995-ci ildə Heydər Əliyevin imzaladığı əhv fərmanları cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı. İnsanlar dövlət başçısının hümanizmi öz fəaliyyətində prirotet istiqamətlərdən birinə çevirdiyinə şahid oldular. Dahan sonra Azərbaycanda qanunçuluq təmin olunması, müstəqil ölkənin müasir dünya təcrübəsinə əsaslanan yeni qanun vericilik bazasının yaradılması ilə bağlı gərgin iş başladı. Heydər Əliyev ilk növbədə diqqəti yeni Konustitusiyanın hazırlanmasına yönəltdi və hazırlıq prosesində Ulu Öndər məsələyə cəmiyyətin ziyalılarının münasibətini öyrənmək üçün dəfələrlə xüsusi toplantılar, müzakirələr təşkil etdi. 1995-ci il noyabrın 12-də Xalq müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasına səs verdi.
1995-ci ildə Azərbaycanda keçirilən ilk parlament seçkiləri ölkəmizin demokratiyya yolunda inamla irəllədiyini təsdiqlədi. Çünki, demokratik dəyərlərə sadiqliyini dəfələrlə bəyan edən Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan bir partiyalı sistemdən çox partiyalı sistemə keçdi.
O dövürdə Azərbaycanda ombudsman inustunun yaradılması ilə ölkəmiz insan hüquqlarını daha etibarlı qorunması sayəsində mühüm addımlar atdı. Ölkədə məhkəmə hüquq islahatları ciddi vüsət aldı.
1998-ci ildə Azərbaycanda ölüm hökümünün elə həmin il mətbuat üzərində senzura ləğv olundu.
Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə bir-birinin ardıyca baş verən tarixi hadisələrin nəticəsi idiki artıq Azərbaycan dəyişmişdi. Ölkəə nəhəng islahatlar mərhələsindən keçirdi. Bu islahatlar təkccə siyasi mühiti formalaşdırmaqla kifayyətlənmir həmdə Azərbaycanın iqtisadi tərəqqisinin təməlini qoyurdu. O dövürdə prezident Heydər Əliyevin regionlara səfərləri xalqla iqtidar arasındakı möhkəm körpü salmışdı. İnsanlar böyük dövlət xadiminin ətrafında sıx birləşməyi bacarmışdılar. Çünki, Heydər Əliyevin hər regiona səfəri təkcə həmin bölgələrin sosial iqtisadi inkişafına, yeni elementlərin əlavə olunması ilə bitmirdi. Heydər Əliyev daha çox insanarla ünsiyyətə can atırdı. Xalqın problemləri ilə maraqlanırdı.
Həmin illərdə ölkədə mövcud olan bir milyona yaxın qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli, qarşıda duran ən çətin məsələnin həlli idi. Ulu Öndər bu kateqoriyadan olan insanlara xüsusi qayğı ilə yanaşırdı. Yurd itkisi ilə üzləşən müharibə şəraitində yaxınlarını,ailə üzvlərini itirən insanların problemlərinin həlli Heydər Əliyevin gündəlik qayğıları arasında birinc yerdə idi. Çünki, Dahi olduğu qədərdə sadə və səmimi insan idi Heydər Əliyev. Ulu Öndər bütün təmaslarında ilk növbədə öz səmimiyyəti ilə insanları əldə edə bilirdi. İnsanlarda onun timsalında özlərinə mənəvi dayaq görürdülər.
1998-ci ildə Heydər Əliyevin ikinci dəfə Prezident seçilməsi ilə Azərbaycanda demokratik proseslər daha sürətlə xarakter aldı. Müstəqillik dayaqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü. Ulu Öndər hər zaman öz çıxışlarında vurğulayırdı ki, " Azərbaycanın müstəqilliyi tarixi hadisədi, bu həmdə xalqımızın milli sərvəti və nəaliyyətidir." Ümumilli lider onuda deyirdiki " Müstəqilliyin qazanılmasında hansısa qurupun, qüvvənin müstəsna xidmətləri olduğunu heç cür qəbul etmək olmaz." Təbii ki Ümumilli lider Heydər Əliyev bu sözlərində təvazükarlığa yol verirdi. Çünki Azərbaycan xalqı dahi siyasətçinin müstəqilliyimizin qorunmasında müstəsna xidmətləri olan lider kimi artıq öz qəlbinə yazmışdı.
Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Ümumilli lider Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdir. Dahi siyasətçinin xidmətləri sayəsində dövlətçilik, Azərbaycançılıq, dünyəvilik, müasirlik kimi idealar cəmiyyətin dünya görüşü sisteminin ayrılmaz hissəsinə çevirildi. Müasir Azərbaycanın mövcüdluğunun və idea əsasını təşkil edir. Heydər Əliyev öz fəalliyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı. O, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi.
Ümumilli lider Heydər Əliyev güclü dövlət, səmərəli iqtisadiyyat, azad insan amillərinə əsaslanan konsepsiyyası ilə müstəqil Azərbaycan tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq səlnaməsi Azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədi həkk olundu. Dünya şöhərtli siyasətçi Ümumilli lider Heydər Əliyev gələcəyə regionun ən güclü, söz və nüfuz sahibi olan Azərbaycanı yadigar qoydu. İndi dünyanın inkişaf etmiş ölkələri sırasında öz yerini qürurla möhkəmləndirən Azərbaycan müstəqil siyasət yürütmə prinsiplərini bərqərar olduğu güc mərkəzinə çevrilib. Dünya birliyində hörmət və ehtiram ünvanına çevrilən ölkəmiz beynəlxalq aləmdə dostluq, tərəfdaşlıq və qardaşlıqın mühüm nümunəsi kimi tanınır və sözün əsl mənasında tam müstəqil ölkəyə çevirilib.
Dövlət və ictimai siyasi fəaliyyətinin bütün mərhələlərində Heydər Əliyevin təşkilatçı, yenilikçi istedadı və bacarığı parlaq surətdə təzahür etmişdir. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin bütün sahələrində proqram dəyişiklərinin mükəmməl sistemini yaratmış və həyata keçirmişdi. Azərbaycan üçün tamamilə yeni olan bir sıra xalq təsərrüfatı sahələrinin yaradılması, irimiqyaslı tikinti və sənayə obyektlərinin istifadəyə verilməsi, fundamental və tətbiqi elmlərin inkişafı sahəsində ki nəhəng sıçrayışlar Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Dahilik intileketliyin fövqəlada böyüklüyüdü. Heydər Əliyev isə özünün qeyri adi intileketini yalnız xalqa, dövlətə və vətənə xidmətə həsr etdi. Ona görədə müstəqi Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir.
Ruslan QASIMOV,
YAP-ın fəal üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər birliyinin sədr müavini,
QEYD İB Debat klubunun rəhbəri,
Türkiyədə "ATATÜRK DÜŞÜNCƏ" birliyinin fəxri üzvü
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir