44 günlük Vətən müharibəsi şanlı tariximizdi. Tariximizə, Azərbaycan dövlətinin keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olan Azərbaycan Ümummilli Liderin gələcəyə hesablanmış siyasəti nəticəsində bütün çətinlikləri dəf etdi, dünya birliyinin layiqli üzvünə çevrildi.
Bir fikri də xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Prezident İlham Əliyevin formalaşdırdığı inkişaf strategiyası dayanır.
Ölkə rəhbərinin siyasi iradəsinin, Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların məntiqi nəticəsi olaraq bu gün paytaxt Bakı ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması, 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-ocaqlarına qayıdışlarının təmin edilməsi əsas vəzifəsilərdən biridir.
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı modeli - “ağıllı” kənd və region strategiyası daha böyük əhəmiyyət kəsb etdi.
Məlum olduğu kimi işğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübüt edən Ermənistan bir an belə olsa bu çirkin niyyətlərindn əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törətmişdir. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq, xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silinməsinə kobud cəhdlər edilib. Hər bir tarixi, mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə erməniləşdirməyə çalışıblar.
Azərbaycan xalqının hissiyatına toxunaraq, məscidlərimizdə heyvan saxlayaraq, ümumilikdə İslam aləmini təhqir edib, insanların inanclarına qarşı vəhşi münasibət sərgiləyiblər.
“Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin “urbisid” və “kultursidin” ("urbisid", “kultursid” terminləri Latın dilindən "şəhərə qarşı zorakılıq") bariz nümunəsinə çevrilib.
"Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib."
Bu sözləri ilə Prezident İlham Əliyev çıxışı zamanı erməni vandallarının törədikləri vəhşiliyin və vandalizmin, dağıntıların tam miqyasını diqqətə çatdırmışdır. Dövlət başçısı İlham Əliyev çıxışında xüsusilə vurğulamışdır ki, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birnin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.
Prezident İlham Əliyev onu da əlavə edib ki, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.
Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün “ağıllı” kənd senarisi üzrə ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kəndi” dünyanın ən müasir kəndlərindən biri olub ermənilərin işğal altında saxladıqları ərazilərdə basdırdıqları minaların təmizlənməsi prosesi davam edir. Azərbaycan azad edilmiş ərazilərdə şəhər planlaşdırmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. İşğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib. Eyni zamanda Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir bir sıra şəhərlərin də Baş planları hazırıdr.
Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulur. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Şəhər və kəndləriizin yenidənqurma və bərpasında başlıca məqsəd və əsas hədəf keyfiyyət və sürəti birləşdirmək, ətraf mühiti qorumaq, ekoloji təhlükəsizliyi təmin etməkdir.
Azərbaycanın öz maliyyə hesabına aparılan iri miqyaslı yenidənqurma işləri, azad edilmiş ərazilərimizdə şəhər inkişafı sahəsində ölkəmizin nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşən Prezident İlham Əliyev bir daha bildirmişdir ki, azad ediliş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Azərbaycan hər sahədə böyük və təkmil təcrübəsi ilə dünyaya nümunə olaraq yeni uğurlara doğru addımlayır.
Paytaxtımımz Bakı ilə yanaşı bütün bölgələrimiz, geniş bərpa-quruculuq işlərinin mərkəzi olan Qarabağ torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, tikinti-quraşdırma işləri geniş vüsət almaqdadır. Artıq start verilən Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq.
Prezident İlham Əliyev yaratdığı möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaradıldı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən azad Qarabağda, azad Şuşada qürurla dalğalanmağa başladı.
Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı dünyaya səs saldı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ərazi bütövlüyümüz təmin olunub, milli qürurumuz, kimliyimiz özümüzə qayıdıb. Bir fikri də xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Prezident İlham Əliyevin formalaşdırdığı inkişaf strategiyası dayanır.
Prezident İlham Əliyev bu inkişaf modelini daha da təkmilləşdirərək, yeniliklər əlavə etdi və Azərbaycanı innovasiyalar ölkəsinə çevirdi. Bu inkişaf, elmi-texniki tərəqqi, müdafiə sənayesində tədbiq edilən yeni texnoloji silahlar möhtəşəm zəfərimizdə öz sözünü dedi. Bu gün heç kimə də sirr deyildir ki, Cənab Prezidentin tapşırıqları əsasında vətəndaşların mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə həmin ərazilərə avtobus marşrutları açılır. İlkin olaraq növbəliliyin təmin edilməsi, daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb. Dayanıqlı məskunlaşma sərnişindaşıma fəaliyyətinin daha da genişləndirilməsini zəruri edəcək. Bu əlamətdar hadisə münasibətilə də xalqımızı bir daha təbrik edir və Böyük Qayıdışın bir hissəsi olmaqdan qürur duyuruq!
Birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
YAP Xətai rayon təşkilatı, ərazi partiya təşkilatının sədr müavini
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir