03 oktyabr 2022 14:47
620

Heydər Əliyev hakimiyyətə gəlişi ilə ölkəyə demokratiya və hərtərəfli inkişaf gətirdi

Müasir Azərbaycan dövrünün yeni intibah mərhələsinin banisi olan Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənliklə və kamiliklə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradırdı. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin qayıdışı olkəmizin yenidən qurulmasına həmçinin parçalanma və vətəndaş muharibəsindən xilas etdi. Məs bu çətin sınaq Ümummilli Liderin üzərinə düşmüşdür. Ölkəyə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirmişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, beynəlxalq əlaqələrini möhkəmləndirmişdir. Uzaq görən və düşünülmüş xarici siyasət ölkədə iqtisadiyyat ve investisiya imkanlarını genişləndirmiş, müstəqil Azərbaycan dövlətinin dahada süretili inkişafına zəmin yayaratmışdır.

1993-2003-cü illərdə Ulu Öndər dünyamızın nadir şəxsiyyətlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin sınaqlarından uğurla çıxdı. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Müdrik siyasəti sayəsində düşmənlərin saysız hesabsız təxribatlarına, məkirli siyasi əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin qarşı qarşıya gəlməsi baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı. 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında haqqın dərgahına qovoşmuşdur. Dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə sərəncam imzalayıb. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bundan sonra yüz illər keçəcək, amma ümumilli liderin əziz xatirəsi daim xalqın qəlbində yaşayacaq.

Sühban Ərəbi,
YAP-ın gənc fəalı