03 oktyabr 2022 10:26
278

Ulu Öndər Azərbaycan tarixində əbədi yaşayacaq

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən siyasətçi, əvəzedilmız bir insan idi. O, öz həyatını yalnızca haqqında daim düşündüyü, daim çalışdığı doğma xalqına həsr etmişdir. Bu da təsadüf deyildir ki, Heydər Əliyev şəxsiyyəti haqqında danışılanda dəfələrlə qeyd edilir ki, onun taleyi xalqın taleyi ilə sarsılmaz bağlarla bağlı idi. Azərbaycan Respublikasının Prezidenti olarkən içdiyi anda sonuna qədər sadiq qaldı və hakimiyyətə gəldiyi gündən xalqın rifahı, sağlam şəraiti üçün çalışdı bu dahi şəxsiyyət. İlk gündən Azərbaycan dövlətinin mənəvi dəyərlərinə, adət-ənənələrinə nə dərəcədə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Ulu öndər həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır.  Xalqa olan bu dərin bağlılıq hissi, öz millətinin sevincini, kədərini öz sevinci, kədəri kimi görməsi, xalqın ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır. Tez-tez gənclərlə  görüşən, onlara öz tövsiyələrini verən, həyatla bağlı zəngin təcrübələrini bölüşməsi, dahi liderin xalqa, gəncliyə olan inamının parlaq ifadəsi idi. Heydər Əliyev, öz xalqının daimi müstəqilliyinin yolunu təhsildə, ziyalı bir cəmiyyətdə görürdü. Ona görə hakimiyyətdə olduğu illər ərzində xalqımızın daha savadlı şəxsiyyətlər yetişdirməsi üçün neçə neçə təhsil ocaqları təsis etdi. Və bu da Azərbaycan xalqının taleyində bir neçə mühüm nöqtələrdən biri idi. Onun sözlərinə görə, bu təhsil ocaqları müxtəlif sahələr üzrə mütəxəssislər, kadrlar hazırlayacaqlar ki, bütün bu meyarlar da xalqın inkişafına öz töhfəsini verəcəkdir. Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində əbədi yaşayacaq.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı