Azərbaycan xalqı tarix boyu çox dahi şəxsiyyətlər yetişdirib. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər,görkəmli siyasət və dövlət adamları çox olmuşdur.Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yaddaşlarda qalmış, heç bir vaxt unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi,dünya miqiyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir.
Ən yeni tariximizdə özünə məxsus yer tutan ulu öndər H.Əliyev silinməz iz buraxmışdır.Azərbaycançılıq ideologiyasının banisi,xalqımızın xilaskarı Heydər Əliyev Vətən,millət,dövlətçilik yolunda misilsiz fəaliyyət göstərmişdir.Gənc yaşlarından xalqına xidmət etmiş Ulu Öndərin əməlləri daima yaşardır.
Ümummilli lider Heydər Əliyevin müdrük sözləri də cəmiyyətimizin inkişafında mühüm rol oynayır.Belə dəyərli fikirlərindən biri “Mən həmişə fəxr etmişəm,bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik sözüdür ki,Ulu öndər Vətəninə olan sevgisini belə ifadə etmişdir.Dahi şəxsiyyətin bu fikiri cəmiyyətimizin Vətənə olan münasibətini daha da ciddiləşdirdi.Mən də tələbə gənc olaraq,düşünərək azərbaycanlı olmağımnan fəxr edirəm.Vətən o qədər müqəddəs,əvəzsiz varlıqdır ki, onu hər sözlə ifadə etmək olmur.Tarixə nəzər salanda bir daha məlum olur ki,xalqımızın şərəfli tarixi səhvələri çoxdur.Zaman-zaman düşmənlərə qarşı mübarizə aparıb torpaqlar itirsək də, müstəqilliyimizi qazana bilmişik.Bu mübarizədə yüzlərlə şəhid vermişik,tarixdə şəxsiyyətlərimizlə,qəhramanlarımızla qürur duymuşuq, bu gündə duyuruq.Müstəqil dövlətdə yaşayırıq.Belə firavanlığı xalqımıza bəxş edən insanlara daima minnətdarıq,xüsusilə Ulu Öndər Heydər Əliyevə.Tarixi bəsirət,irəlini görmək nadir bir hissdir.Dövlət xadimlərinin heç də hamısında bu hiss olmur.Allah bu kefiyyəti yalnız seçilmiş adamlara-zəmanəsini qabaqlayan görkəmli mütəfikkirlərə verir.Nəhəng siyasətçi Heydər Əliyev kimi.Ulu Öndərin adı təkcə Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır,bütün dünyanı əhatə edir.Belə dahi şəxsiyyətin əməlləri hər birimizə nümunədir.Azərbaycançılıq ideyası xalqımızın milli özünüdərkinin bərpasına və müstəqilliyimizin daha da möhkəmlənməsidə əvəzsiz rola malikdir.Müasir dövrümüzdə də hələ müstəqil olmayan xalqlar,dövlətlər mövcutdur.Ancaq biz müstəqilik,öz vətənimizə xidmət edirik,bu torpaq üzərində inkişaf edirik,güclənirik.Əvvəldə qeyd etdiyim əməllər sahibi olan,Heydər Əliyev kimi şəxsiyyətlər yetirən dövlətlə nece fəxr etməyə bilərsən?Bu mümkün deyil.
Ulu öndər özündən sonra yaratdığı, yaşatdığı Azərbaycan adlı odlar yurdunu, onun layiqli davamçısı, sevimli oğlu İlham Əliyevə əmanət qoyub getdi. “Mən ona özüm kimi inanıram” deyən dahi insan yanılmamışdı. Bu gün Azərbaycan dövləti möhkəm etibarlı əllərdədir. Tarixdə tarix yaratmağı bacardığı üçün XX əsr Azərbaycan tarixi öz qızıl səhifələrində, Heydər Əliyev adına xüsusi səhifə ayırdı. Biz onun ruhu qarşısında baş əyərək söz veririk ki, onun adına layiq Azərbaycan gəncləri olacağıq. El atasının həyatı və siyasi fəaliyyəti təkcə bu günümüz üçün deyil, sabahımız, gələcək nəsillərimiz üçün də əsl nümunədir.”Mən həmişə fəxr etmişəm,bu gündə fəxr edirəm ki,mən azərbaycanlıyam”kəlamı Vətənə,xalqa,milli mənəvi dəyərlərə verilən dəyərin təzahürüdür.Heydər Əliyev adı Azərbaycan qədər əbədidir və hər birimiz üçün Vətən simvoludur.Azərbaycanlı olmağın nə demək olduğunu,böyük ustalıqla xalqımıza çatdıran Heydər Əliyev azərbaycançılıq məktəbinin əsasın qoydu.
Heydər Əliyev şəxsiyyəti yaddaşlarda əbədi qalan,özünəməxsus tarix yaratdı-müasir,şanlı Azərbaycan tarixini. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir