Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir dövlətçiliyimizin formalaşmasında və inkişafında xidmətləri əvəzsizdir. Siyasi vəziyyətin gərgin və çıxılmaz məqamında o, öz zəngin təcrübəsi, qətiyyətli qərarları ilə ölkəni həmin çətinlikdən qurtardı.
Məlumdur ki, Heydər Əliyev fəaliyyəti boyu uğurlu, prinsipial mövqe sayəsində müxtəlif siyasi vəzifələrdə çalışmışdır. 1987-ci ildə o, idarəçiliyin mövqeyinə, xüsusən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutduğu vəzifələrdən özü istefa vermişdir. Bundan sonra o, bir müddət siyasi işlərdən uzaqlaşmışdır. Lakin Azərbaycanda yaranmış siyasi gərginliyə biganə qalmayaraq o, yenidən siyasi fəaliyyətini davam etdirmişdir.
1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə sovet qoşunu Bakıda küçələrdə silahsız insanlara qarşı qanlı faciə törətdi. Ulu Öndər Heydər Əliyev baş verənlərə biganə qalmayaraq yanvar ayının 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbilə bəyanatla çıxış etmişdir. Müdrik siyasətçi ölkədəki gərginlik, Qarabağda ermənilərin yaratdığı münaqişəni keçmiş SSRİ rəhbərliyinin yarıtmaz siyasəti kimi qiymətləndirirdi. Buna etiraz əlaməti olaraq isə o, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Ulu Öndər Heydər Əliyev 1990-cı il iyul ayının 20-də Moskvadan Bakıya qayıdaraq iki gün sonra Naxçıvana yola düşdü. Elə həmin ildə Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi.
Ölkənin çətin zamanlarında öz təcrübəsilə onu dirçəltməyə çalışan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçildi. O, bu vəzifədə 1993-cü ilə kimi çalışıb.
1993-cü ilin may-iyun aylarında ölkədə gərginlik artdı. Bu qarışıqlıq xalqı qarşı-qarşıya qoyaraq vətəndaş müharibəsinə gətirib çıxarırdı. Müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Melə məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsinə arxalanaraq onun hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Bu tələbin qarşısında çarəsiz qalan ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Bakıya gələn Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun ayının 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabr ayının 3-də isə ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin tarixi hadisə ölkədəki qarışıqlığa son qoymağın və bu günkü çiçəklənən Azərbaycanın təməli olmuşdur.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir