“Rəqəmsal transformasiya Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir.”
İlham Əliyev,
Azərbacan Respublikasının Prezidenti
Bu yazıda əsas məqsəd rəqəmsal iqtisadiyyat və ona transformasiya, respublikada internetin inkişafı məsələləri ilə onun mövcud vəziyyətini şərh etmək, sahə üzrə beynəlxalq təşkilatların tövsiyə xarakterli direktiv rəhbər sənədləri, reqlament, protokol və sahə standartları yaxından təhlil etməkdir.
Bununla da mövcud rəqəmsal infrastrukturun üzərində qurulması nəzərdə tutulan bütövlükdə ölkə iqtisadiyyatı və onun ayrı-ayrı sahələrinin gələcək prespektivi, yüksək texnologiyaların geniş tədbiqi ilə yeni istehsal, xidmət və emal sferasında intellektual idarəetmə ənənələrinin yaxından öyrənilməsidir.
Məlumdur ki, cənab Prezident tərəfindən ölkədə aparılan texniki-iqtisadi siyasətin mərkəzində pandememiya, postpandemiya və eləcə də postneft erasında yeni imkan və potensialların dəyərləndiriliməsi yönündə rəqəmsal iqtisadiyyata transformasiyanın önəmini dərk etmək durur.
Burada, həmçinin, rəqəmasal iqtisadiyyatın bank maliyyə sektoruna dərindən inteqrasiya etməsi, sahənin inkişaf etdirilərək geniş təşəkkül tapması, mütərəqqi metodlarla qabaqcıl təcrübələrin əsas rolu prioritet məsələlərə aid edilmişdir.
Hətta, bir sıra İnformasiya Kommunikasiya Texnologiyaları qiqantlarının (Microsoft, CİSCO, dünya bankı və digərləri) ali rəhbərlikləri ilə video formatda görüşlərində ölkə rəhbəri dəfələrlə ifadə etmişdir ki, pandemiya və postpandemiya dövrləri rəqəmsal iqtisadiyyat və ona doğru transformasiya daha da dərinləşəcək, kiber məkanda virtual biznes, elektron ticarət inkişaf etdirilərək bu dövrlər üçün xarakterik olacaqdır.

Hal-hazırda inrenetin geniş yayılması iqtisadiyyatın yeni inkişaf mərhələsi-rəqəmsal iqtisadiyata yaxından transformasiya olmuş, innovativ texnologiyalar, informasiya kommunikasiya sistemləri iqtisadiyyata dərindən inteqrasiya etmişdir.
Artıq iqtisadiyyatın özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar, biliklər iqtisadiyyatı, davranış iqtisadiyyatı, bio-iqtisadiyyat, rəqəmsal iqtisadiyat və bu gün də aktual səslənən kiber iqtisadiyyat geniş təşəkkül tapmışdır. Yeni kiberbinez iqtisadi modeli texnologiya və informasiya inqilabının bilavasitə nəticəsi hesab olunur. Bununla da kiberbiznes yüksək innovativ texnologiyaların geniş tədbiqi ilə yaranan və idarə olunan iqtisadiyyatın bütün sahələrinə siyarət etmiş, rəqəmsal iqtisadiyyat və onun əsas elementinə çevriləbilmiş, iqtisadiyyatın informasiya texnologiyalarının köməyi ilə elektronlaşan hissəsini təşkil etmişdir. Rəqəmsal iqtisadiyyat anlayışı elektron bank, elektron sığorta, elektron səhiyyə, elektron təhsil vəs. elektron xidmətlərlə yanaşı, İKT avadanlıqları, elektron mühafizə və elektron əməliyyat sistemlərini əhatə edir.
Həmçinin, e-ticarəti gündəmə gətirmiş, o da elektron informasiya mübadiləsi, elektron idman-mərç oyunları, kapitalın elektron hərəkəti, elektron pul və eləcə də dijital valyuta, e-bankinqi, e-sığorta vəs.ləri özündə birləşdirmişdir.
Artıq rəqabət imkanlarının günü-gündən genişləndiyi və yeni innovativ texnologiyalara söykənən informasiya kommunikasiya sistemlərinin hər bir evə daxil olduğu bir vaxtda informasiya cəmiyyətlərində yeni insan tipi, o cümlədən yeni ictimai-iqtisadi formasiya gündəmə gəldi. Belə bir şəraitdə kiber biznes fəaliyyətlərində sahibkarlıq, intellektual idarəetmənin əsas sifarişçisinə çevrildi və artıq vaxt sərf etmədən elektron məhsul və xidmətləri əldə etmək üçün on-line və off-line internet ticarəti inkişaf etdirildi, gündəlik təlabat mallarından tutmuş, elektron xidmət və əşyaların interneti e-ticarət yolu ilə həyata keçiriliməyə başladı. Həmçinin, təhsil, əyləncə, səhiyyə vəs. sektorlarda “ağıllı”platformalar üzərindən göstərilən elektron xidmətlər rəqəmsal iqtisadiyyata trasformasiyanı bir az da sürətləndirdi. Bu istiqamətdə məhsul və xidmətlərin əldə olunması, reklam və geniş təbliğat işləri sahibkarlıq fəaliyyətini stimullaşdırdı, elektron ticarətə geniş populyarlıq qazandırdı. Misal üçün, bu gün istifadəçilərinin sayı 4.5 mld.-ı. keçmiş on-line, off-line alıcı və satıcıları təkcə pərakəndə satışın ümumü dövriyyəsinin təxminən 26.8 faizini təşkil etmişdir.
Azərbaycanda internet üzərindən həyata keçirilən elektron ticarət fəaliyyətinin genişləməsi, elektron əməliyyatların vergiyə cəlb edilməsi qeyri ənənəviliyi baxımından əldə olunan gəlirlərin hesablanılıb dövlət büdcəsinə ödənilməsi virtual məkanda gizli iqtisadiyyata xidmət etdi. Məhz belə hallara yol veriməməsi üçün Azərbaycan Resublikasının Prezidenti 4 avqust, 2016-cı il tarixli sərənamı ilə bu istiqmətdə şəffaflığın daha da artırılması və vergi tutma bazasını ğenişləndirilməsinə dair sərəncam imzalamışdır.
Sərəncamda beynəlxalq təcrübədə tədbiq olunan rəqəmsal iqtisadiyyatının vergiyə cəlb ediməsi məsələlərinin yaxından öyrənilməsi ilə bağlı aidiyyatı üzrə xüsusi tapşırıqlar verildi. Bu istiqamətdə fəaliyyət göstərən internet portalları, yaradılması və onların fəaliyyətinə nəzarət edən dövlət qurumlarının birgə işi əlaqələndirildi. Virtual məkanda elektron ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi, uçota alınması, yeni potensial imkanlar kimi vergiyə cəlb edilməsi və ümumvergi nəzarətinin gücləndirilməsi məsələlərini əhatə etdi. Bu kimi hallar ölkəmizdə postpandemiya və postneft dövrünə uyğun yeni situasiyalara hazırlığı, virtual reallıqların dərk olunmasını motivə etdi, virtual imkanlar, büdcəyə yeni gəlir və dividentlərin qazandırılması yeni gündəm oldu. Beləliklə, rəqəmsal iqtisadiyyatın stimullaşdırılması, rəqəmsal transformasiyaya keçid və bu sahəyə baxışda dövlət siyasətini kökündən dəyişmiş oldu.
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
YAP Xətai rayon təşkilatı, ərazi partiya təşkilatının sədr müavini
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir