01 oktyabr 2022 14:05
472

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

Dağlıq Qarabağ  və onunla həmsərhəd olan 7 bölğəmizin üzdəniraq, mənfur  qonşumuz olan ermənilər tərəfindən  1988-ci ildən başlayan işğalı 1993-cü ildə başa çatdı. Məhz həmin müddətdə Qarabağda ümumilikdə 900 yaşayış məntəqəsi, 200 minədək ev, 7000 ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 930 kitabxana, 695 tibb məntəqəsi, 44 məbəd, 10 məscid, 473 tarixi abidə və muzey 40 mindən artıq muzey eksponatı, 600 kənd təsərrüfatı və sənaye müəssisəsi, 160 körpü və b. tikilmiz məhv edildi. 1 milyona qədər vətəndaşımız qaçqın həyatı yaşamaq məcburiyyətində qaldı. Amma bütün bu vəhşiliklərə 2020-ci il sentyabr ayının 27-dən başlayaraq cavab verildi.  Ordumuzun əks-hücum əməliyyatı ilə qisa bir zamanda  44 gün ərzində Fizuli,  Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Ağdam  şəhəri  və digər ərazilərimiz düşməndən azad edildi.

Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyən düşmən cəbhədən 100 km uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərini eləcə də Goranboy, Ağcabədi, Tərtər, Beyləqan rayonlarını atəşə tuturdu. Tərtərdə daş üstə daş qalmadı. 94 nəfər mülki vətəndaşlarımız həyatını itirdi.

Lakin Dövlətimizin tarixində bir çox işğalçı müharibələr olsada , eyni zamanda, şərəfli, xalqın qürur mənbəyinə çevrilən parlaq hadisələr də yaşanmışdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir.

Məhz  Xalq və Ordu birliyi 44 gün davam edən müharibənin Qələbə ilə başa çatmasına zəmin yaratdı. Xalqımız 44 günü 30 ilə yaxın bir zaman kəsiyində həsrətlə gözləmişdi.

Ordumuzun şücaəti, döyüş hazırlığı dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ötən illər ərzində inkişaf etdirilən, maddi texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun zərbələri nəticəsində ağır itkilər verən Ermənistan silahlı qüvvələrinin müqaviməti sındırıldı.

İşğalçı ölkə Şanlı Silahlı Qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu anlayaraq diz çökdü.
İllər boyu gözlədiyimiz o gün gəlib çatdı! Zəfər çaldıq! Tarix yazdıq! 30 ilin düyünü 44 günə açıldı və dünyaya səs saldı! Xalqımız birləşdi və bütövləşdi, Çox mürəkkəb bir zamanda özümüzü təsdiqlədik!

Qələbəmiz  sınmış qürurumuzu özümüzə qaytardı. Əyilmış qəddimizi düzəltdi, göz yaşlarımızı sildi. Ruhumuzu dirçəltdi!

Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Öz liderinin, öz Ordusunun gücü, xalqin sarsilmaz birliyi səyasində zəfər əldə etdi. Qəhrəman əsgərlərimizin şücaəti və fəadarlığı sayəsində torpaqlarımız işğaldan azad edildi.

Vətən müharibəsində öz qanı, canı bahasına torpaqlarımızı qoruyan 3 mindən çox oğul şəhid oldu. Onların xatirəsi bizim yaddaşımızda əbədi yaşayacaq.

Bu tarixi Zəfər- torpaqlarımızın işğaldan azad edilməsi millətin inamını gücləndirdi, xalqın öz liderinə etibarını daha da möhkəmləndirdi. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz dövləti və onun zəfəri ilə haqlı olaraq qürurlanır və azərbaycanlı olmağı ilə fəxr edir!

Bu gün Azərbaycan xalqı xoşbəxtdir, qürurludur, çünki bu xalqın dünəninə Ulu Öndər Heydər Əliyev, bu gününnə isə Cənab Prezident Əliyev kimi lider rəhbərlik edir. Bu xalq bəxtəvər xalqdır, ona görə ki, artıq əzəli torpaqlarına qovuşub!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Vüqar Ələkbərov,
Bakı şəhəri, Xətai rayonu 249 saylı orta məktəbin tarix müəllimi