26 sentyabr 2022 16:41
597

QALİB XALQ FENOMENİ -  MƏĞLUB MİLLƏT SİNDROMU …

“Azərbaycan silahlı qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordudur.”

Heydər Əliyev,
Ümummilli Lider Heydər Əliyev

Öncə, cəmi şəhidlərimizi rəhmətlə anır, qazilərimizə can sağlığı diləyir və şanlı ordumuzu daim zəfərlərdən-zəfərə səsləyərək bir ağızdan, bir daha deyirik: “Xalqla - Ordumuzun sarsılmaz birliyinə eşq olsun!

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Yaddan çıxarmayaq ki, Zəfər əzmin mükafatıdır.  Bu gün biz əminliklə deyə bilərik ki, bizim xalq sözün əsl mənasında öz parlaq tarixi keçmişilə ilə canlı salnamələrin təcəssümüdür.

Belə ki, xalqımızın öz keçmişi və milli genofonduna xas xüsusiyyətləri ilə tarixin bütün mərhələlərində bizə hər zaman baş ucalığı gətirən əməllərə imza atdığı heç kəsə sirr deyil. Bildiyimiz kimi ayrı-ayrı xalqların nümunəsində bəşəriyyət öz işıqlı şəxsiyyətləri ilə bütün  sivilizasiyalarda hər zaman elm, mədəniyyət, incəsənət, tibb, təbabət sahələrində üstün nailiyyət və samballı töhvələr verməklə insanlığın silinməz yaddaşına həkk olunmuşlar.

Bu da onu deyir ki, bizim xalq bu yöndə də yuxarıda qeyd olunan bütün sahələr üzrə öz sözünü, öz əməli yaradıcılıqları ilə möhürləmiş xalqlardan biri olmuşdur. Ələlxüs də sənət, incəsənət ədəbiyyat, elm, mədəniyyət sahəsində fərqlənən böyük mütəfəkkirlərimiz Nizami G., Ə.Xəqani, M. Fizuli, o cümlədən H.Cavid, M. Müşfiq, Ə.Cavad, C.Məmmədquluzadə, Sabir, Lütfizadə, A.Mirzəcanzadə, Ü.Hacıbəyov, M Maqomayev vəs. kimi dahilərimiz buna bariz nümunədirlər. Həm də kimsəyə sirr deyil ki, xalqımız diğər xalqlar içində öz üstün zəkası, istedadı və yaradıcılıq potensialları ilə ali sənət nümunələri yaradaraq bəşəri dəyərlər sərgiləməkdə həmişə fərqlənmişlər.

Bütün bunları deməkdə heç şübhəsiz, Qarabağ savaşı bizim torpaq bütünlüyümüzün bərpası ilə tamanlandıqdan sonra, millətin, xüsusilə də yeni nəslin yaradıcı nümayəndələrinin qalibiyyət ruhu ilə yeni bir “qalibiyyət fenomeni”nin”, o cümlədən özünə inam və güvən mahiyətində parlaq yaradıcılıq nümunələrini, onun daima inkişafda olan dinamikasını daha da yüksəldəcəkdir. 

Beləliklə, bu yöndə yeni bir qalib nəslin yeni çağımızın “İNTİBAH” dövrünə qədəm qoyuduğu da ortada gözlər önündədir. Bununla da gələcək nəslin daha əlamətdar uğurlara imza atacağına bir daha içdən inanaraq səmimiyyətlə deyərdim ki, yetər ki, xalqımız bu məğlubiyyət sindromundan bir dəfəlik dərs çıxartmış olsun. Ona görə son vaxtlar dövlətimizin apardığı öz aktiv daxili və xarici  siyasətilə bağlı dünyada gedən düzgün təhlillər və ölkəmizin fəaliyyətinə verilən yüksək qiymətlər tam həqiqəti əks etdirir.

Həmçinin, ikinci Qarabağ müharibəsinin nəticələri, bölgə üçün qaçılmaz olan yeni reallıqları da yaratmışdır. Belə ki, bölgədə yeni əməkdaşlıq imkanları uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaratmışdır və eyni zamanda, ölkəmiz də yeni intibah dövrünə qədəm qoymuş və özü ilə də yeni - yeni fürsətləri və imkanları da ortaya qoymuşdur.

Prezidentimiz hər kəs inanmayanda, o, inandı, hər kəs şübhə edəndə, o, əmin oldu, hər kəs yatanda, o, oyaq qaldı, hər kəsin mümkün deyil dediklərini, o, mümkün etdi, hər kəs susanda, o, danışdı, hər kəs bu günə baxanda, o, gələcəyə baxdı, düşmənlər baş qaldıranda o, dəmir yumruğunu qaldırdı, “Qarabağ Azərbaycandır!” - həyacan dolu nidalı bəyanatını şüar deyil, real etdi.

Bu gün biz hamımız Böyük Qələbənin təsiri altındayıq, döyüş təcrübəsi və təchizatı ilə bir sıra inkişaf etmiş ölkələrin hərbi qurumlarının araşdırma mövzusuna çevrilmiş ordumuzla da fəxr edirik. Lakin,onu untutmamaq lazımdır ki, biz bunu ölkəmizin güclü iqtisadiyyatı olmasaydı, belə bir ordu qura bilməzdik. Eyni zamanda da, azad edilmiş ərazilər ölkə iqtisadiyyatının gələcək inkişafına güclü təkan verəcək, həmin ərazilərdə yüksək texnoloji istehsalatların və “ağıllı şəhər və kəndlərin” yaradılması barədə mütərəqqi planlarının həyata keçirilməsi isə rahat və əlverişli yaşayış şəraitini təmin edəcəkdir.

Bütün bunlarla yanaşı iqtisadiyyatın inkişafı, sosial müdafiənin güclənməsi, beynəlxalq diplomatiyanın aktivləşməsi, ordu quruculuğunun möhkəmlənməsi hesabına bütün azərbaycanlıların həyatı dəyişmiş, hər bir azərbaycanlı artıq qalib kimi layiq olduğu ləyaqətli həyatı yaşayır!

Biz hamımız ölkəmizin ləyaqətini qorumalı və müdafiə etməliyik. Bu məsuliyyətli və həm də şərəfli işimizdə sizləri, o cümlədən xalqımızı Ali Baş Komandanımızın “Dəmir Yumruğ”u ətrafında sıx birləşməyə səsləyirəm. Unutmayaq ki, güclü mühakimə olunmur.

Bir daha Ali Baş Komandanımızın ordu quruculuğuna verdiyi layiqli qiymət də aşağıda səsləndirdiyi fikirdə öz əksini tapmişdır:

“Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və bu sahədə də biz beynəlxalq əməkdaşlığa verdiyimiz əhəmiyyətlə böyük nailiyyətlərə çata bilmişik.”

 Heç kim unudulmur, heç nə  yaddan çıxmır.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
YAP Xətai rayon təşkilatı, ərazi partiya təşkilatının sədr müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert