Ermənistanın Azərbaycana təcavüzünün tarixi 2 əsr əvvələ dayanır. Ermənistanın hərbi təxribatları, işğalçılıq siyasəti, məqsədyönlü pozuculuq fəaliyyəti və beynəlxalq hüquqazidd əməlləri 30 ildir ki, davam etməkdədir.
Son illər ərzində ən ciddi toqquşma 2016-cı ilin aprelində baş verib. Aprelin 2-də Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun mövqelərinə hücuma keçib. Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmən itki verərək geri çəkilib. Həmin dövrdə Azərbaycan bir sıra strateji yüksəklikləri və böyük ərazini geri qaytarıb.
2020-ci ilin iyul ayının 12-də Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib və Tovuz rayonundakı mövqelərimizə hücum edib.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı, mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmışdır. Vətən müharibəsi dövründə 3 dəfə faktiki olaraq humanitar atəşkəs elan olunub. Hər 3 atəşkəs də Ermənistan silahlı qüvvələri tərəfindən pozulub. Oktyabrın 10-da əldə edilmiş razılıqdan bir gün keçməmiş Ermənistan atəşkəsi kobudcasına pozdu. Həm də bu atəşkəsdə mülki əhalini namərdcəsinə hədəfə alaraq Gəncə şəhərini gecə vaxtı bombaladı. Oktyabrın 17-də yeni atəşkəs elan olunmasına baxmayaraq, iki dəqiqədən sonra razılıq Ermənistan tərəfindən pozuldu. Sonuncu dəfə oktyabrın 26-da əldə edilmiş humanitar atəşkəslə bağlı razılığa Ermənistan tərəfi əməl etmədi və Tərtər rayonuna faktiki olaraq atəş açdı. Bütün bu faktlar hazırda hərbi əməliyyatların başlanmasına görə məsuliyyətin Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşdüyünü bir daha təsdiq edir.
Ən son Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatları Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində qarşısı alınmış və layiqincə cavabları verilmişdir.
Bu gün müharibə qismən bitsə də, Ermənistanın təcavüzü və digər beynəlxalq cinayətləri isə cəzasız qamaqdadır. Ermənistan qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ona görə də bu ağır beynəlxalq cinayətlərə görə müasir beynəlxalq hüquq yeni mühakimə perspektivləri diktə edir. Yəni, post-konflikt dövründə ən mühüm məsələlərdən biri Ermənistanın siyasi, maddi və cinayət məsuliyyətinə cəlbetmə kontekstində beynəlxalq məhkəmə qurumlarında mühakimə olunmasıdır. Müasir dövrdə beynəlxalq mühakimə məsələləri əsasən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi, və hibrid məhkəmələr müstəvisində mümkündür.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir