Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. 2001-ci ildə yaradılan beynəlxalq təşkilata bu il Özbəkistan ev sahibliyi edib. Beynəlxalq nüfuza malik qurumun diqqəti əsasən təhlükəsizlik və iqtisadi inkişaf sahələrinə ayrılır. Hər il olduğu kimi bu il də dövlət başçılarının rəsmi görüşləri zamanı əməkdaşlığın genişləndirilməsi yöndə yeni fikirlər və ideyalar səsləndirildi.
Tədbirə fəxri qonaq qismində dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı Zəngəzur dəhlizinin region ölkələri üçün vacibliyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev qeyd edib: “Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq”.
Avropa və Asiyanın nəqliyyat infrastrukturunu birləşdirəcək Zəngəzur dəhlizi regionda yeni imkanlar yaradacaq və vacib kommunikasiya xətti olacaq. Beləliklə dəhlizin Azərbaycan və ətraf regionlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu görə bilərik.
Bundan əlavə ölkəmizdə 19.000 km avtomobil yolunun əsaslı təmiri və ya tikinitisi baş tutub. Hazırda işğaldan azad edilmiş regionlarda km-lərlə avtomobil və dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır, bəziləri isə plan üzrə reallaşdırılır.
Cənab İlham Əliyev: "Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq" – sammitdə çıxışı zamanı səsləndirib.
Azərbaycan təkcə hava və quru infrasturturda yox, həm də Xəzər dənizində də 52 gəmisi olan ən böyük mülki donanmaya malikdir. Bakıda Gəmiqayırma Zavodunda isə zərurət yarandıqda bütün növ gəmilər istehsal edilə bilir.
Sammit zamanı bir daha aydın olur ki, Azərbaycan təkcə regionda deyil, bütün dünyada öz mövqeyi və nüfuzu olan dövlətdir.
Sammitin sonunda Səmərqənd Bəyannaməsi qəbul edilmişdir ki, burada da qarşılıqlı əlaqələrin şaxələnməsinə dair məsələlər yer tutmuşdur.
Həqiqət Həmzəyeva,
Mərkəzi Neftçilər Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir