21 sentyabr 2022 11:59
600

Azərbaycan Şərq-Qərb iqtisadi münasibətlərində həlledici rol oynayacaq

Ermənistanın Azərbaycana təcavüzünə görə Qarabağ məsələsi uzun illərdir  hər zaman aktual problem olmuşdur. Qarabağ münaqişəsi tək Azərbaycanın, Ermənistanın deyil bir çox dövlətlərin komunikasiya inkişafına mane olurdu. Qarabağ probleminin həll olunmasında dövlətlərin maraqlı olmasının səbəbi  Azərbaycanın strateji əhəmiyyətli dövlət olaraq Şərq-Qərb münasibətlərində böyük rol oynamasıdır.

2020ci il ildə Qarabağ münaqişəsinin həlli nəticəsində Azərbaycan Qafqazda, xüsusilə də Ermənistanla münasibətdə siyasi, iqtisadi, hərbi və diplomatik sahədə şərtləri müəyyən və diktə edən tərəfdir. Bu gün Azərbaycan Qarabağda geniş şəkildə yenidənqurma və bərpa işlərini həyata keçirir. Yeni infrastruktur obyektləri, nəqliyyat qovşaqları, enerji mənbələri, turizm mərkəzləri və məskunlaşma siyasəti uğurla icra olunur. Bu onun göstəricisidir ki, Azərbaycan bölgədə əldə olunmuş sülhün qorunmasının tərəfdarıdır.

Hal-hazırda həll olunması vacib olan ən mühüm məsələ Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Zəngəzurun bir hissəsi Ermənistan ərazisində olan qədim Azərbaycan torpağıdır. 1920-ci ildə Sovet Rusiyasının Ermənistana verdiyi bu torpaq Azərbaycanla Naxçıvanı bir-birindən ayrı salmışdı. Bir zamanlar türkdilli ölkələri parçalayan tarixi diyarımız bu gün yenidən o ölkələri birləşdirəcək. Zəngəzur dəhlizinin açılmasıyla bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Naxçıvana dəmir yolu əlaqəsinin bərpası üçün şərait yaranır. Eyni zamanda, dəhlizin qitələrarası əhəmiyyəti, Çindən Qərbə doğru yeni nəqliyyat yolunun açılması deməkdir. Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi üçün Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır. Zəngəzurdan keçəcək nəqliyyat, kommunikasiya, infrastruktur layihələri digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Dəhliz, eyni zamanda, Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək və ölkəmizin yeni geoiqtisadi əhəmiyyətini daha da artıracaqdır.

Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulduğunu və bu dəmir yolunun Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcəyini bəyan etdi. Bu dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq.Vətən müharibəsi bizlərə bir daha öyrətdi ki, əldə etdiklərimizi qoruyub saxlamalı və daha da inkişaf etməliyik. Eyni zamanda, bütün dünya ölkələrinə sübut etdik ki, ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasəti nəticəsində hər zaman torpaqlarımızı qoruyacaq, inkişafı üçün xalq olaraq daim dəstək olacaq, qələbə tariximizi daha çox yeniləyəcəyik.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı