Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində böyük rolu var. Ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına Xəzər dənizi, avtomobil və dəmir yolları, həmçinin hava yolları daxildir. Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodunda bütün növ gəmilər istehsal edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin ildə 25 milyon tona qədər artırılacağı qarşıya məqsəd qoyulub. Prezident İlham Əliyevin Səmərqənd Sammitdə dərin məzmunlu çıxışı əlverişli coğrafi məkanda yerləşən, zəngin təbii resurslara malik olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının təqdimatında da əhəmiyyətli rol oynadı. Daha çox diqqəti tarixi Zəfərimizdən sonrakı dövrdə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara yönəldən dövlət başçısı bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Şanxay Əməkdaşlıq Təşkilatının Sammitindəki çıxışında Azərbaycanın 30 illik işğal və son iki ilə yaxın postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəltməklə bir daha dünyaya günümüzün əsas çağırışını çatdırdı. “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, Azərbaycanın vəziyyəti ilə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi”,-2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək".. Səmərqənd Sammiti Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin dəyişməzliyini dünyaya bir daha nümayiş etdirdi: “Ölkəmizin bu mövqeyi Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Şanxay Əməkdaşlıq Təşkilatının tərkibinin genişləndirilməsi istiqamətində atılan addımlar da bunun bariz nümunəsidir.”
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir