Ermənistanın sonuncu təxribatlarının qarşısı Müzəffər Ordumuz tərəfindən qətiyyətlə alındı. Dəmir Yumruğun zərbəsi bu dəfə də ağır oldu. Bu zərbədən əzilən heç demə, bir düşmən deyilmiş, düşmənə işləyən bəzi “demokratlar”, “azad düşüncə sahibləri” var imiş, həm ölkə daxilində, həm də xaricdə. Hərəkətləri birmənalı olaraq təsdiq edir ki, bu adamlar erməni lobbisinə nökərçilik etməklə məşğuldurlar. Heç adam öz ölkəsinin ordusunu “təcavüzkar ordu” adlandırar və ya təxribatda illərin düşmənini deyil, öz ordusunu, öz ölkəsinin rəhbərliyini günahkar çıxarmağa çalışar? Əlbəttə ki, yox! Bunu edənlər isə ancaq və ancaq satılmışlar, xainlər ola bilər!
Həmin xainləri hər kəs tanımalı və onlara qarşı barışmaz mövqedə olmalıdır. Bunlar Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Qənimət Zahid, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Bəxtiyar Hacıyev, Tural Sadıqlı, Məhəmməd Mirzəli və başqalardır ki, demokrat, müxalifətçi adı altında Azərbaycana qarşı xəyanət etməklə məşğuldurlar. Bunlar hər cəhdlə cəmiyyətdə, insanlar arasında çaşqınlıq yaratmağa çalışır, bunun üçün hansı iyrənc oyunlara əl atmrlar.
Xalq, millət olaraq sözügedən xainlərə qarşı barışmaz mövqe tutmalı, hər an onların cavabını verməliyik. İmkan verə bilmərik ki, bu xain satqınlar maddi və siyasi maraqları xatirinə Ordumuzun Zəfərinə, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasətinə kölgə sala, şəhidlərimizin ruhunu incidə, şəhid ailələrinin hisləri ilə oynayalar.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir