16 sentyabr 2022 02:43
777

Ermənistan ona uzadılan sülh əlini fürsət bilməlidir - Dünya mətbuatı

Məlum olduğu kimi, sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Mülki şəxsləri belə hədəf alan işğalçı ölkənin hərbçiləri bununla da törətdikləri vəhşilikləri bir daha bütün dünyaya göstərmiş oldu.

Onların törətdikləri bu cür vəhşiliklər artıq dünya mediasının diqqət mərkəzindədir. Bununla da xarici mətbuat orqanlarında Ermənistan İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə toxunulur, hələ də Qarabağ ərazisindən erməni silahlılarını çıxramaması barədə məlumatlar veirilir.

Xüsusilə Türkiyə mətbuatı ermənilərin təxribatları haqqında genişhəcmli materiallar dərc etməkdədir. Beləliklə, media Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlar pislənilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədində təxribatlar törədilir, Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olur və infrastruktura zərbə vurulur, dağıntılar törədilir. Ermənistan illərdir davam edən təxribatçı və təcavüzkar mövqeyindən tamamilə əl çəkməli, ona uzadılan sülh əlini fürsət bilməlidir.

Norveçin bir sıra mətbuat orqanlarında gedən materiallarda da baş verən hadisələrə cavab olaraq beynəlxalq səviyyədə lazımi addımların atılacağına, ermənilərin yeni provokasiyalarının qarşısının alınacağına ümid edilir.

Həmçinin Misirin “Alqararalarabi”, “Rayetmisr”, “Əl Diplomasi”, “Cümhuriyyə” kimi qəzet və portallarında sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdiyi qeyd olunub. Materiallarda erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulduğu və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ziyan dəydiyi bildirilib.

Fransanın “La Gazette” xəbər portalı isə sentyabrın 12-də gecə saatlarında Azərbaycan Ordusu tərəfindən Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən hərbi əməliyyat barəsində məqalə dərc edib. Məqalədə bildirilib ki, Azərbyacan Ordusunun İrəvanın təxribatına qarşı həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Göründüyü kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı həyata keçirmək istədiyi növbəti təxribatın bədəlini ağır şəkildə ödədi. Rəsmi İrəvan ictimai qınaqdan qorxduğu üçün açıqlamasa da itkiləri Azərbaycan tərəfinin itkilərindən qat-qat çoxdur, yüzlərlə yaralısı var. Həmçinin məqalədə o da vurğulanıb ki, artıq İrəvan anlamalıdır ki, hər hansı xarici gücə arxalanıb Azərbaycana qarşı təxribat hazırlamaq planı baş tutmur və təbii ki, Azərbaycan bütün hərbi tədbirləri beyəlxalq hüquqa uyğun olaraq, öz sərhədlərinin müdafiəsi məqsədi ilə həyata keçirdi və cavab tədbirləri zamanı Ermənistan əhalisinə, mülki infrastruktura heç bir ziyan vurulmadı.

Ukrayna mətbuatı da Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları barədə geniş informasiyalar yaymaqda davam edir.  Həmçinin Moldova mətbuatıda Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və törətdiyi son genişmiqyaslı təxribatlarını vəziyyəti gərginləşdirməsi barədə geniş materiallar dərc edib.

Bu arada onu da virğulayaq ki, ingilis jurnalisti Neyl Vatson ermənilərin genişmiqyaslı təxribat törətməsinə münasibət bildirərkən qeyd edib ki, hazırda sərhəddə baş verən təxribatların əsas səbəbi Paşinyan hökumətinin yürütdüyü yarıtmaz siyasətdir. Paşinyan Ermənistan tarixində Qarabağı itirən rəhbər kimi qalmaqdan qorxur. Əvvəlki hakimiyyətləri dəstəkləyən ermənilər və erməni diasporu Paşinyan əleyhinə birgə mübarizə aparırlar.

Mənsumə Babayeva, “İki sahil”