Vətən müharibəsi regionun siyasi xəritəsini dəyişdi. Azərbaycanın siyasi və hərbi iradəsi bütün dünyaya ədalətin bərpası və kimin tərəfində olduğunu təsdiq etdirdi. Daha sonra “Qisas” əməliyyatı göstərdi ki, ermənilər Qarabağda bütün ərazilərimizi tərk etməli və ən yaxşı halda Azərbaycan ərazisində onların yaşamaq hüququnun bütün mexanizmləri Azərbaycan dövlətinin qanunları ilə tənzimlənməlidir. Hesab edirik ki, Ermənilərin bu reallığı qəbul etməkdən başqa yolunun olmadığı tam təsdiqini tapıb. Azərbaycanın bu barədə heç bir danışığa və müzakirəyə getməyəcəyi də erməni ictimaiyyatının və rəhbərliyinin iddialarına son vermiş, onların yanlış fikirlərinə aydınlıq gətirmişdir.
Hazırkı təxribatların kökündə dayanan amil budur ki, hər yerdən əli üzülmüş Ermənistan Azərbaycanla sərhəd bölgələrdə təxribatlara əl atmaqla özünü yenidən bir sıra üzv olduğu təşkilatların və riyakar qüvvələrin qarşısında işğala məruz qalan və rəzil vəziyyətə düşən tərəf kimi göstəmək yolunu tutub. Bu tanış ssenaridir. Bəzi xarici qüvvələr də bu avantüranı həmişə hədəfində saxlayıb. Dəfələrlə bunu edən erməniçilik hesab edirik ki, son hadisələrdə ən ağır zərbəsini aldı. İndi hər kəsə onların belə təhrikedici əməllərinə əsl qiymət vermək üçün real zəmin yaranıb. Maraqlıdır ki, Azərbaycanın tələbi ilə sərhədlərin demilitarizasiyasi və demarkasiyası prosesindən yayınan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti də siyasi baxımdan avantüra və riyakarlıq cəhdləridir. Ermənistan tərəfi təxribatcı tərəfdir və mübahisəli sərhəd ərazilərinin müəyyənləşdirilməsi prosesinə ciddi əngəl yaradır, boyun qaçırır.
Digər tərəfdən 10 noyabr 2020-ci il Bəyannaməsinin tələblərinə nəinki əməl etmir hətta onu kobud şəkildə pozur. Dünyanı, əlində vasitəyə çevrildiyi və imdad istədiyi tərəfləri açıq aşkar aldadır. Onda bu təşkilata üzv dövlətlərin Ermənistana cavabı nə ola bilər. Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlara kim hansı arqumenti gətirə bilər? Reallıq gözümüzün önündədir. Azərbaycan dövlətinin qətiyyəti ermənilərin bütün riyakar əməllərinin cavabını verir və verməyə də tam haqlıdır. Bu Ali Baş Komandanın İlham Əliyevin və Azərbaycan xalqının yekdil iradəsini ifadə edən yenilməz və dəyişməz mövqedir.
Sənan Həsənov,
YAP Yasamal rayon təşkilatının ərazi partiya təşkilat sədri,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir