14 sentyabr 2022 18:19
1077

Kamran Bayramov: Azərbaycanın Zəfərini həzm edə bilməyən Zatulin kin püskürür

"Zatulinin rus xalqı adından dırnaqarası qondarma respublikanı müstəqqillik günü ilə bağlı təbrik etməsi heç bir norma və qanunlara sığmır. Yaxşı olardı ki, Zatulin, ilk növbədə, Rusiyanın həqiqi, müttəfiqinin kim olduğunu dərk etsin və mövqeyini həqiqətən rus xalqının maraqları ilə uzlaşdıra bilsin. Zatulin və onun kimiləri erməni lobbisinin sifarişi əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərirlər. Düşünürəm ki, Rusiya Dövlət Duması rəhbərliyi də belə məsuliyyətsiz deputatların davranışı ilə bağlı ölçü götürməlidir. Çünki bu cür ittihamlar Rusiya-Azərbaycan münasibətlərinə ziddir."

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycanın böyük zəfər qələbəsindən sonra yəni Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh üçün çox böyük prespektiv yarandı. Azərbaycan Qarabağda 30 il ərzində heç kimin köməyi olmadan dağılan talanan yerləri bərpa edir. Artıq vətəndaşlarımız öz dədə-baba yuvalarına qayıdır, ərazilər minalardan təmizlənir.

Bu iki ilə yaxın müddətdə Azərbaycan çox böyük işlər həyata keçirir. Bu prosesləri bir çox dünyanın diplomatları, jurnalistləri öz gözləri ilə izləyirlər. Sözsüz ki, Ermənistanda xaosun, özbaşınalığın, qarşıdurmaların baş alıb getdiyi, dərin böhranın yaşandığı bir vaxtda Azərbaycanın uğurlarını həzm edə bilməyən Zatulin kin püskürməkdə davam edir. 

Deputat diqqətə çatdırıb ki, erməni lobbisinin, erməni pulunun girovuna çevrilmiş Zatulinin qanunazidd və cəfəng fikirləri Azərbaycan ictimaiyyəti tərəfindən ikrah hissi və ciddi etirazla qarşılanır. Ermənipərəst Konstantin Zatulinin məsuliyyətsiz və reallığı əks etdirməyən bu təbriki onun erməni lobbisinin əlində alətə çevirməsindən başqa bir şey deyil.