08 sentyabr 2022 20:52
463

Silvaya uduzsam, mütləq revanş olacaq - Zabit Səmədov

"Ola bilsin ki, bu mənim sonuncu döyüşüm olmasın".

“İki sahil” xəbər verir ki,  bunu Bakıda vida döyüş gecəsi keçirəcək Azərbaycan kikboksçusu Zabit Səmədov deyib.

O bildirib ki, braziliyalı rəqibinə uduzsa, revanş döyüşü istəyəcək: "Əgər Antonio Silvaya uduzsam, mütləq revanş olacaq. Karyeramı qələbə ilə başa vurmaq istəyirəm".

O bildirib ki, kikboksçu Alim Nəbiyevi bu turnirə o dəvət edib: "Bildiyiniz kimi, mən Belarusda, o da Ukraynada yaşayıb. İstədim ki, doğma vətəndə – Azərbaycanda turnirdə çıxış etsin. Mənim sahib olduğum klubda məşq keçdi və dəvətimi yerə salmayıb turnirə qatılmağa razılıq verdi. Alim "Glory" turnirində çıxış edir. Kifayət qədər tanınmış idmançıdır. Belə bir idmançının burada çıxış etməsi də böyük üstünlükdür".

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.