30 avqust 2026 15:45
104

Mehin Mirzəbalayeva finalda

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən “Euro Mini Champs” yarışında etimadı doğruldub.

“İki sahil” xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.

Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa  çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb. Stolüstü tennisçimiz həlledici görüşdə Latviya idmançısı ilə qarşılaşacaq.