Misli Premyer Liqasının 3-turunda "Kəpəz" "Turan Tovuz"u qəbul edib.
“İki sahil” yazır ki, qarşılaşmada yeganə qolu 47-ci dəqiqədə “Kəpəz”in futbolçusu Viktor Stina hesabı açıb. Bununla da Gəncə təmsilçisi qələbəyə sevinən tərəf olub.
Misli Premyer Liqası,
3-cü tur
30 avqust
18:00. “Kəpəz” 1–0 “Turan Tovuz”
Qol: Viktor Stina, 47
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”