"Barselona"nın baş məşqçisi Xavi Ernandes klubun sabiq futbolçusu Lionel Messi haqqında danışıb.
"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, o, 35 yaşlı hücumçunu tərifləyib: "Messinin gedişi ilə bağlı kədər heç vaxt bitməyəcək. O, tarixin ən yaxşısıdır. Onun etdiyi hər şey qeyri-adi idi. Təəssüf ki, bu bitdi və indi başqa oyunçularımız var. Hələ nəyisə proqnozlaşdırmaq tezdir, amma biz ümidliyik.”
Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan yrıldıqdan sonra PSJ-yə keçib.