08 sentyabr 2022 14:27
446

"Leyptsiq"də yeni baş məşqçi

“Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komandanı Marko Roze çalışdıracaq. Mütəxəssislə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, “Leypsiq” Çempionlar Liqasında “Şaxtyor”a 1:4 hesabı ilə uduzduqdan sonra Domeniko Tedeskonu istefaya göndərib.