08 sentyabr 2022 13:31
706

Vətənimizin gələcəyi savadlı, müstəqil düşüncəli və vətənpərvər gəncliyin etibarlı əllərindədir

Təhsil fərdin cəmiyyət üçün formalaşması, ictimailəşməsi, gələcəyini müəyyən etmək üçün vacib rol oynayır. Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sferalarda olduğu kimi təhsildə də dəyişikliklərə və islahatlara ehtiyac yarandı.

Mərhələlərlə dəyişən müasir təhsil sisteminin əsas məqsədi özünə, cəmiyyətə və vətənə faydalı insan yetişdirməkdir. Tarix boyu ölkələr arasında müharibələrdə güclü ölkə varlanıb güclənirdisə, hazırda savadlı və dünyagörüşlü vətəndaş yetişdirən ölkələr hər sahədə qabaqcıl olurlar. Burdan belə nəticəyə gəlmək olur ki, cəmiyyət mütləq təhsilə xüsusi diqqət yetirilməlidir.

Hazırda ölkəmizdə təhsilin inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir ki, bu da öz növbəsində Azərbaycan gələcəyinin sağlam düşüncəli, sədaqətli və dünyada öz sözünü deyə biləcək gənclərinin əlində olmasına dəlalət edir. Təhsil sahəsində çalışanlar mütləq zəhmətkeş və təhsilin inkişafı uğrunda hər əziyyətə qatlanmağı gözə almalıdırlar.

Dövlət başçısı İlham Əliyev son illərdə çoxsaylı təhsil işçilərinə göstərdiyi diqqət və qayğı, onların cəmiyyətdəki mövqeyini möhkəmlədir və hüquqlarını yüksək səviyyədə qoruyur. Mərhələlərlə keçirilən islahatlarda onların əməyi yüksələrək qiymətləndirilir, həmçinin iş şəraiti yaxşılaşır. Bu fonda təhsil səviyyəsinin də yüksəlməsi də nəzərə çarpacaq qədər hiss olunur.

Sistemdəki yeniliklər müasir tələblərlə uyğunlaşır və təhsilalanların təhsilinin tələb olunan səviyyəyə qaldırır. Təhsilimizin inkişafı və müasirləşməsi istiqamətində atılan hər bir addım böyük bir fürsət kimi dəyərləndirilir. Dövlətimiz hazırda savadlı vətəndaşlarının dünyanın qabaqcıl və müasir təhsil verən ölkələrdə oxumağını təmin edir.

Yaxın keçmişdə Prezident İlham Əliyevin İtaliyaya növbəti uğurlu səfəri zamanı ölkələr arasında qarşılıqlı münasibətlərə dair müxtəlif müzakirələr aparılıb ki, onlardan biri də təhsil sahəsi olmuşdur. Azərbaycan ali məktəbləri İtaliyanın 5 ən yaxşı universitetləri ilə əməkdaşlıq edir. Bununla yanaşı paytaxtda açılan Azərbaycan-İtaliya Universiteti təhsil sahəsində olan qarşılıqlı əməkdaşlığın göstəricisidir.

Beynəlxalq olimpiadalarda iştirak şəraitinin yaradılması da yerli şagirdlərin özünü ölkə xaricində göstərmə imkanlarını verib. 30 illik müstəqillik tariximizdə təhsil sahəsində keçirilən yarış və olimpiadalarda şagirdlərimiz adımızı yüksəldib və yüksək nailiyyətlə geri dönmüşlər.

Müstəqilliyin davamlı və daha güclü olması üçün hər sahədə islahatlar keçirilir. Əminəm ki, vətənimizin gələcəyi savadlı, müstəqil düşüncəli və vətənpərvər gəncliyin etibarlı əllərindədir.

Həqiqət Həmzəyeva, 
Mərkəzi Neftçilər Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi