Türkiyənin "Qalatasaray" futbol klubu "Mançester Yunayted"də çıxış edən Xuan Matanı heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, "sarı-qırmızılı" klub futbolçunun transferi ilə bağlı rəsmi açıqlama yayıb.
Onu da bildirək ki, İstanbul nəhəngi bundan öncə Mauro İkardi, Yusuf Dəmir, Mathias Ross Jensen və Milot Rashica kimi futbolçularla heyətini gücləndirib.
Qeyd edək ki ulduz futbolçu Bakı vaxtı ilə saat 11:00-da İstanbulda olacaq.