08 sentyabr 2022 00:21
515

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" Almaniyada "Frayburq"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu öncəsi son məşqinə çıxıb.

“İki sahil” xəbər verir ki,  "Europa-Park" stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, sentyabrın 8-i təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.