07 sentyabr 2022 21:53
483

Çox intizamlı komandaya qarşı oynayacağıq - Qurban Qurbanov

"Çox intizamlı komandaya qarşı oynayacağıq".

“İki sahil” xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frayburq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibin baş məşqçisinin uzun illər postunda olduğunu bildirib: "Çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri maraqlı matç gözləyir".