07 sentyabr 2022 21:31
616

Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişib

Bu  gün Azərbaycan regiondakı münasibətlərini  çox yaxşı balanslaşdırılmış və dinamik  şəkildə davam etdirir. Azərbaycan beynəlxalq hüquqa uygun olaraq  hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyir. Çünki bizim də ərazi bütövlüyümüz pozulmuşdu və biz indi ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da bu mövqe dəyişməyib. Ölkəmizin  regional inkişafla bağlı narahatlıq yaradan heç bir məqamı yoxdur.

Hal-hazırda iqtisadiyyatın şaxələndirilməsi ölkəniz üçün başlıca prioritetdir. Şaxələndirməyə gəldikdə isə İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib.

Daha bir İtaliya şirkəti Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Beləliklə, bu, Azərbaycan və İtaliya münasibətlərinin nə dərəcədə yaxın olduğunu göstərir. Çünki Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunması bu ölkə ilə aramızda çox yüksək dərəcədə etimadın olduğunu göstərir.

Hər iki ikitərəfli gündəliyi getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Lakin bunlar yeganə mövzular deyil. ADA Universiteti və İtaliyanın beş universiteti - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Gözəl məkanda yerləşən universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq.

Azərbaycan Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını , Azərbaycanın  NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərini  dəstəkləyib. Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Görünən odur ki , İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaq.

Beləliklə, enerji seqmenti, iqtisadiyyat və ticarətin inkişafı , təhsil, mədəniyyət və bir sıra digər sahələrlə bağlı  yeni strateji tərəfdaşlıqla bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gərgin əməyi  öz töhfəsini vermiş oldu. Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü.

Yeganə Məhərrəmova,
Bakı şəhəri, Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin direktoru