07 sentyabr 2022 20:44
451

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Azərbaycan Cüdo Federasiyası daha bir idmançını milliləşdirib.

“İki sahil” xəbər verir ki,  qurum iranlı Səid Mollayinin (81 kq) ardınca rusiyalı Camal Qamzatxanovu yığmaya cəlb edib.

+100 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı cüdoçu Beynəlxalq Cüdo Federasiyasının 19 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan bayrağı altında çıxış edəcək. O, sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında açıq Avropa turnirində yığmada debüt edəcək.

3 ilə yaxındır Rusiya millisinin heyətində beynəlxalq yarışlara qatılmayan Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, Mollayi mayda yığmaya cəlb olunub. Qamzatxanovun çəkisində isə Azərbaycanı əsasən digər legioner - gürcüstanlı Uşanqi Kokauri təmsil edirdi.