07 sentyabr 2022 17:56
448

"Qalatasaray"ın yeni transferi

Türkiyənin "Qalatasaray" komandası Danimarkanın "Olborq" komandasının futbolçusu Matias Rossu transfer edib.

“İki sahil” xəbər verir ki,  21 yaşlı mərkəz müdafiəçisinin axşam saatlarında İstanbulda olması gözlənilir.

"Sarı-qırmızılar"ın qarşı tərəfə, təxminən, 1,5 milyon avro pul ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Matias Rossun "Olborq"la 2025-ci ilədək qüvvədə olan müqaviləsi var idi.