07 sentyabr 2022 18:45
672

Azərbaycan enerji təminatında etibarlı tərəfdaşdır

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına və özünü tam təmin edən enerji sisteminə malikdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən biri məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin vacib olan iki istiqamətini  qeyd etmək olar. Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmin olunması və  digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə yönələn layihələrin icrasının həyata keçirilməsi. Bu baxımdan, həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox uğurlu enerji siyasəti həyata keçirilir. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən İtaliya arasında müstəqillik illərində bir çox sahələrdə, o cümlədən neft, qaz və digər məsələləri nəzərdə tutan enerji dialoqu uğurla həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya ilə beynəlxalq münasibətlərin 30-cu ildönümü ərəfəsində bu ölkəyə səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Dövlət başçısının Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkələrimiz arasında siyasi dialoqun olduqca fəal olduğunu bir daha sübut etdi. İkitərəfli əməkdaşlıq uğurla davam etdirilir, 2020-ci ildə  İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Azərbaycan müstəqilliyinin bərpasından sonra Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişdi və bu vəzifəni uğurla həyata keçirir. Bu gün Azərbaycan energi strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycan son 10 ilə ərzində qonşu ölkələr bazarında etibarlı təzhizatçıya çevrilib. Azərbaycan qaz təçhizatının həyata keçirilməsi üçün böyük qaz təchizatı boru kəmərlərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət boru kəmərləri sistemidir- Cənubi Qaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik(TAP) boru kəməridir ki, İtaliyaya qədər uzanır. Bu gün Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. Bu enerji strategiyası beynəlxalq aləm üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qarşıya qoyduğu vəzifələri uğurla həyat keçirir və Avropanın enerji təhlükəsizliyində rolu bundan sonra daha da artacaq.  

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi