07 sentyabr 2022 17:00
934

Azərbaycan-İtaliya əlaqələri bundan sonra da uğurla inkişaf edəcək

Əlaqələrinin yüz ildən artıq yaşı olan Azərbaycan və İtaliya bu əlaqələri Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra uğurla inkişaf etdirir.

Davamlı olaraq , 2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtalyaya səfəri zamanı Romada “Çoxölçülü strateji Tərəfdaşlığın gücləndirilməsinə dair birgə Bəyənnamə” imzasının nəticəsidir ki, neft-qaz sektorunda və iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişlənməsinə təkan verilmiş  , Azərbaycanın sənaye , kənd təsərrüfatı, turizm , nəqliyyat- logistika vəs . sahələrinə yatırılan İtalyan sərmayələrini artırmışdır. Daim öz əlaqələrinin güclənməsi əzmində olan bu iki ölkə arasında bu vaxta qədər 22 sənəd imzalanmışdır ki, həm iqtisadiyyat həmdə təhsil və mədəniyyətin inkişafında müstəsna əhəmiyyət kəsb etmişdir.

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində  keçirilmiş 48-ci Beynəlxalq Çernobbio forumunda Prezidentimiz İlham Əliyevin dəvət olunması qoyulan bu möhkəm təməlin nəticəsi olmaqla yanaşı, Azərbaycan və İtaliya arasında münasibətlərinin uğurla davam eydiyini göstərməkdədir.

Cənab Prezident bu forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında  Azərbaycanın rolu“ mövzusunda çıxışında iki ölkə arasında strateji əhəmiyyətli əlaqələrin uğurundan bəhs etmiş , ölkəmizin Avropa bazarına, əsasəndə İtaliyaya neft ixrac edən birinci ölkəyə çevrildiyindən danışmışdır.

Nəhəng qaz yataqlarının istismarı ilə bağlı olaraq qaz təchizatı üçün boru kəmərinin inşasının ehtiyacını labüd olduğunu vurğulayan Cənab Prezident Cənub Qaz dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracını iki dəfə artırmaq planından əminliklə söhbət açıb. Bunun üçün isə vacib addımların atılmasını nəzərə çatdıran Prezident hər cür imkanları genişləndirməyin qarşıda məqsəd olaraq dayandığını bildirmişdir.

Qeyd etməliyik ki, Prezident İlham Əliyevin İtaliyaya səfərində qarşılıqlı münasibətlərin inkişafı üçün çox böyük müzakirələr aparılmışdır ki, bu isə yüksək səviyyədə sonluqla nəticələnmişdir. Beləki, İtaliya prezidenti Sergio  Mattarella və baş nazir Mario Draqi Prezident İlham Əliyevlə olan siyasi dialoqlarda məmnunluq ifadəsini gizlətməmişdir. 2 ölkə arasında davamlı səfərlərin nəticəsi olan 48-ci Beynəlxalq Çernobbio Forumuna olan görüş gələcəkdə bu əlaqələrin inkişafında yeni imkanlar açacaq ki, hər iki ölkənin parlamenti qanunverici orqan olaraq bunu dəstəkləməkdədir.

Beləliklə 30 ildən artıq müstəqil olan bir ölkənin sabit siyasi mövqeyə və iqtisadiyyata malik olmadı onun beynəlxalq hüquq və ədaləti daim öz üzərində formalaşmaqda olnasından xəbər verir ki,  bu siyasət üzərində Azərbaycan və İtaliya əlaqələrinin bundan sonra da daha geniş olacağına inanırıq.