"Real"ın futbolçusu Kərim Benzema zədələnib.
“İki sahil” xəbər verir ki, 34 yaşlı hücumçu ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Seltik"lə matçın (3:0) 30-cu dəqiqəsində sıradan çıxıb. Benzema oyuna davam edə bilməyib və Eden Hazardla əvəzlənib.
Forvardın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.