Azərbaycan-İtaliya münasibətləri 30 il ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və təfəfdaşlıq səviyyəsinə yüksəlib. Bü münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci ildə tanıması ilə başlanılıb. Hələ 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına xüsüsi təkən vermişdir.
1999-ci ildə “Şahdəniz” yatağında zəngin qaz yataqlarının aşkar olunması bir çox ölkələri, xüsusən də qərb dövlətlərini ölkəmizə bu sahədə əməkdaşlığa cəlb etdi. 2006-ci ildə “Bakı-Tbilisi-Ərzurum” Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilmişdir və Azərbaycan qazı bu kəmərlə Gürcüstana, 2007-ci ildə isə Türkiyəyə nəql olunmağa başlanmışdır. Bir çox qərb ölkələrinin Türkiyə vasitəsi ilə Azərbaycan qazının almaqla maraqlı olması və həmçinin dövlətimizin iqtisadi maraqları daha da genişləndirilməsi üçü zəruriyyət yaranmışdır.
2011 və 2012-ci illərdə Azərbaycan və Türkiyə hökümətləri arasında “TANAP” layihəsi dair sazişlər imzalanmışdır. Bu qaz borusu “Bakı-Tbilisi-Ərzurum”-dan gələn qazı Yunanistanla sərhədə çıxarırdı. 2013-ci ildə “TAP” layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında saziş imzalanmışdır. “TAP” layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir.
Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House-Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strateqiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynalxalq Çernobbio Forumu başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, İtaliya Prezidenti Sercio Matterella və İtaliya Nazirlər Şurasının sədri Mario Draqidə bu forumda iştirak etmişdilər. Dövlət başçısının çıxışında çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması, “TANAP” və “TAP” qaz kəmərlərinin istifadə verilməsi Azərbaycanın enerji siyasətinin beynalxalq arenada uğurları kimi önə çəkildi.
Azərbaycan İtaliyanı neft və qazla təchiz edən əsas ölkədir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət boru kəmərləri sistemidir- Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməridir. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür, bu təhmini 85% deməkdir.
Azərbaycan İtaliya üçün həm də bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın neftə olan tələbatının təxminən 20% qədəri dövlətimizin payına düşür. Artıq 15 ildən çoxdur ki, ölkəmiz fasiləsiz və təhlükəsiz olaraq İtaliyaya xam neft ixrac edir. Təkcə 2021- ci il ərzində BTC, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri ilə 8,8 milyon ton həcmində Azərbaycan xam nefti “qoca qitəyə” ixrac edib. Bundan əlavə, BTC kəməri ilə ötən il 1,4 milyon tranzit nefti İtaliyaya daşınıb. Göründüyü kimi, Azərbaycan İtaliya ilə enerji əməkdaşlığında özünü etibarlı partnyor kimi təsdiqləmişdir.
Emin Rəhimov,
"Məişət Maye Qaz” QSC-nin Layihəçi mühəndisi