Avropada mühüm strateji coğrafi və iqtisadi əhəmiyyətə malik olan İtaliya Respublikası ilə Azərbaycan arasında çox sıx əməkdaşlıq, dostluq əlaqələri mövcuddur. Azərbaycan - İtaliya arasında bir sıra sahələr üzrə münasibətlər də vardır. Müstəqilliyin bərpasından sonra İtaliya -Azərbaycan müstəqilliyi və diplomatik əlaqələr yaranmışdır. Ölkələrarası inkişaf geniş iqtisadi potensiala malikdir.
Azərbaycan lideri İlham Əliyevin 31 avqust tarixində İtaliyaya işgüzar səfəri böyük əhəmiyyət daşıyır. Bu səfər eyni zamanda həm də İtaliya dövlətinin Azərbaycan Prezidenti və ölkəmizlə strateji əlaqələrə verdiyi böyük önəmin birbaşa nümayişi qəbul olunur. Azərbaycan-İtaliya arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcək. Elə ölkəmiz üçün də İtaliya münasibətlər strateji tərəfdaşlıq baxımından böyük önəmə sahibdir. Sözügedən səfər zamanı iki dövlət arasında siyasi, müdafiə, energetika, nəqliyyat və bir çox sahələr də daxil olmaqla ümumilikdə 28 sənəd imzalanıb. İtaliya-Azərbaycan əlaqələrindən danışarkən ilk növbədə enerji layihələri nəzərdə tutulur. Ələlxüsus indiki halda İtaliyanın Avropa İttifaqının vacib dövlətlərindən biri olması gələcəkdə Xəzərdən və Xəzər vasitəsi ilə enerji resurslarının Aİ-yə nəqli məsələlərində Romanın dəstəkləyici qüvvə kimi çıxış etməsi imkanını genişləndirir.
Eyni zamanda Prezident İlham Əliyevin sayca 48-ci olan budəfəki forumun əsas plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi. Cənab Prezident form zamanı çıxışında bir sıra məsələlərə toxundu və Azərbaycanın Avropanın enerji təminatının əsas təchizatçılarından biri olduğunu vurğuladı. Beynəlxalq Çernobbio Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycana yalnız böyük şirkətlərin, ayrı-ayrı dövlətlərin deyil, həm də nüfuzlu beyin mərkəzlərinin marağı artır.
Prezident beynəlxalq Çernobbio forumundakı çıxışı ilə Azərbaycanın Cənubi Qafqazdakı nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi. Beləliklə, deyə bilərik ki, hər iki dövlət arasında siyasi sahədə olduğu kimi, iqtisadi əməkdaşlıqda uğurla davam edir. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Qeyd etmək istərdim ki, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyəti mühüm önəm daşıyır və bu səfər iki ölkə arasında münasibətlərin böyük potensialının və perspektivlərinin olduğunu göstərir.
Yeganə Abbasova,
Nizami Bələdiyyəsinin əməkdaşı