İtaliya ilə dövlətimizin mədəni, təhsil və özəlliklə də enerji sahələrində qurulan əlaqələr sıx inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfərə gedərək İtaliyanın Çernobbio şəhərində keçirilən “The Role of Azerbaijan for Energy Security” mövzusunda beynəlxalq forumda iştirak edib. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.
Bu görüşdə hər iki dövlət arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Azərbaycan-İtaliya tərəfdaşlığı çox güclü siyasi-iqtisadi əlaqələrlə mövcuddur. İtaliya-Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu iki ölkənin siyasi dialoqu olduqca fəaldır və ölkələr arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş məsələlər müzakirə edilib.
Səfər zamanı yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, həm də təhsil barədə mühüm işlər görülüb. Belə ki, Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş mərasim təşkil olunub və orada Azərbaycanın ADA Universitetinim İtaliyanın beş aparıcı universitetinin tərəfdaşlığı olması ilə bağlı açıqlamalar verilib. Göründüyü kimi , Prezidentin İtaliyaya səfəri ərəfəsində geniş miqyaslı işlər əhatə olunmuşdur.
Hazırki dünyada baş verən mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu böyükdür. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçməsinə baxmayaraq ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Lakin mövcud potensial və qaz infrastrukturuya sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq.
Üçüncü mərhələ bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulması ilə bağlıdır. Dövlətimiz bir neçə il əvvəl bu prosese başlayıb, belə ki hazırda ölkəmizdən elektrik enerjisini Avropaya və digər regionlara necə nəql ediləcəyindən danışılır.
İtaliya ilə mədəni, təhsil və özəlliklə də enerji sahələrində əlaqələr inkişaf edir. İtaliya bizim əsas tərəfdaşımızdır. Avropa Komissiyasının Prezidenti ilə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalanıb. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu addımı iki ölkə arasında gələcək fəaliyyətimizin yol xəritəsi adlandırmaq olar. Azərbaycan Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır,b oöunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin imkanları fərqlidir.
Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik.
Leyla Fətəliyeva,
BQSK-nın əməkdaşı